Əl-Ənam ‏ surəsi · 7-ci ayə

Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

 

"Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: "Bu, aşkar cadudan başqa bir şey deyildir.”

     

    Nöqtələr
    Müşriklərdən bir qrupu deyirdi: "Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar.
    "Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qirtas» deyilir.
    Bildirişlər
    1. İnadkarlıq olan yerdə bütün dəlillər faydasızdır. İnadkarlar hətta toxunub hiss etdiklərini belə inkar edirlər.
    2. Müşriklərin peyğəmbərlərə münasibətdə ən məşhur ittihamları onları cadugər adlandırmaları idi.

    Tez-tez Verilən Suallar

    Əl-Ənam ‏ surəsi 7-ci ayə haqqında suallar və cavablar

    Əl-Ənam ‏ surəsinin 7-ci ayəsi nə haqqındadır?
    Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
    Əl-Ənam ‏ surəsi 7-ci ayə hansı surədə yerləşir?
    Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
    Əl-Ənam ‏ surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Əl-Ənam ‏ surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Əl-Ənam ‏ surəsi 7-ci ayənin təfsiri nədir?
      "Əgər sənə kağız üzərində bir yazı göndərərdiksə, ona öz əlləri ilə toxunardılarsa, yenə də (daim bəhanə axtaran inadkar kafirlər) deyərdilər: "Bu, aşkar cadudan başqa bir şey deyildir.”   Nöqtələr Müşriklərdən bir qrupu deyirdi: "Biz yalnız mələklər vasitəsi ilə kağız üzərində yazı nazil edilsə, ona iman gətirərik.” Amma onlar yalan deyirdilər və bəhanə axtarırdılar. "Qirtas” üzərində yazı yazılan şeydir. Bu həm kağız, həm ağac, həm dəri, həm də daş ola bilər. Dövrümüzdə isə yalnız kağıza «qi...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.