Əl-Ənam ‏ surəsi · 67-ci ayə

(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.”
Nöqtələr
Əvvəlki ayədə deyildi: "Allahın hər tərəfdən sizə əzab nazil etmək qüdrəti var.” Bu ayədə buyurulur: "Əgər inadkar kafirlərə bir əzab gəlmədisə, tələsməyin. Çünki hər bir xəbərin gerçəkləşməsi üçün müəyyən zaman var.”
Bildirişlər
1. Hər bir ilahi xəbərin və proqramın gerçəkləşməsi qətidir, hikmətə əsaslanır və müəyyən zaman üçün nəzərdə tutulmuşdur. (Heç bir hadisə proqramsız, məqsədsiz və təsadüfi deyil.)
2. İman gətirməyə məcbur edilməsəniz də, öz işinizin sonunu, aqibətini düşünün.
3. Tələsik mühakimə yürütməyin, Allahın sizə möhlət verməsini Onun sizdən xəbərsiz olması kimi qəbul etməyin.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 67-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 67-ci ayəsi nə haqqındadır?
(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.
Əl-Ənam ‏ surəsi 67-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 67-ci ayənin təfsiri nədir?
"(Allah və ya Onun peyğəmbərinin sizə verdiyi) hər bir xəbər üçün vaxt müəyyənləşmişdir və tezliklə biləcəksiniz.” Nöqtələr Əvvəlki ayədə deyildi: "Allahın hər tərəfdən sizə əzab nazil etmək qüdrəti var.” Bu ayədə buyurulur: "Əgər inadkar kafirlərə bir əzab gəlmədisə, tələsməyin. Çünki hər bir xəbərin gerçəkləşməsi üçün müəyyən zaman var.” Bildirişlər 1. Hər bir ilahi xəbərin və proqramın gerçəkləşməsi qətidir, hikmətə əsaslanır və müəyyən zaman üçün nəzərdə tutulmuşdur. (Heç bir hadisə proqrams...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.