Əl-Ənam ‏ surəsi - Ayə: 66

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 66
Sənin qövmün onu (Qur’anı) haqq olmasına baxmayaraq təkzib etdi. De: «Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır).»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 66. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 66 MÖHSÜN QƏRAƏTİ.

"Sənin qövmün haqq söz olmasına baxmayaraq Quranı təkzib etdi. De ki, mən sizin iman gətirməyinizə vəkil deyiləm.”
Nöqtələr
"Ləbs” "qarışdırmaq”, "şiə” "dəstə” mənasını bildirir.
Əvvəlki ayədə Allahın xilas etmə qüdrəti, bu ayədə isə qəhr və əzab qüdrəti bəyan olundu.
İmam Baqir (ə) buyurmuşdur: «Səma əzabı» dedikdə tüstü, fəryad, «yer əzabı» dedikdə ona gömülmək, "yəlbisəkum şiyəən” dedikdə dində təfriqə nəzərdə tutulmuşdur.  Bəlkə də məqsəd bütün yox, bəzi nümunələrin açıqlanması olmuşdur. Məsələn, yuxarıda nəzərdə tutulan əzab həm xalqa hakim olan zalımlara, həm haqq rəhbərə itaətsizlik göstərənlərə şamildir.
Qurandakı növbənöv təbirlərdən məlum olur ki, İslam peyğəmbəri dini məcburi şəkildə qəbul etdirməyə yox, bəyan etməyə məsuldur. 
Bildirişlər
1. Peyğəmbərin vəzifələrindən biri Allahın misilsiz qüdrətini xatırlatmaqdır.
2. Şirk insanın müxtəlif əzablara düçar olmasına zəmin yaradır.
3. Allah həm nicat verən, həm də əzaba salandır. Bilərəkdən Allahdan qeyrisinin sorağınca gedən insan əzab gözləməlidir.
4. Təfriqə və parçalanma göy və yer əzabı ilə yanaşı ilahi əzablardandır.
5. Bəzən xalq xalq vasitəsi ilə, bir-birlərinin əli ilə tənbeh olunur.
6. Din təbliğatçıları xalqın yola gətirilməsində müxtəlif üsullardan istifadə etməlidirlər.
7. Əgər bir mövzunu müxtəlif şəkillərdə açıqlasaq təsir daha güclü ola bilər.
8. Tutduğunuz yol haqdırsa, xalqın təkzibindən qorxmayın.
9. Sən nəticəyə yox, vəzifəni yerinə yetirməyə məsulsan.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.