Əl-Ənam ‏ surəsi · 60-cu ayə

Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 60
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O bir kəsdir ki, sizi (ruhunuzu) gecə yatdığınız vaxt alır, gündüz gördüyünüz işlərdən xəbər tutur, sonra ömrünüzdən müəyyən müddətin keçməsi üçün sizi yuxudan qaldırır. Sonra dönəcəyiniz Ona doğrudur. O sizə gördüyünüz işlərdən xəbər verər.”
Nöqtələr
"Cərəhtum” iş və kəsbə yarıyan üzvə, həm də işin özünə deyilir.
Allah yuxu zamanı insanın ruhunu götürsə də, "sizi götürürük” buyurur. Məlum olur ki, insanın bütün mahiyyəti elə onun ruhudur.
Bildirişlər
1. Yuxu gerçək bir ölüm, oyanış isə bir növ qiyamətdir.
2. Təbiət qanununa əsasən gecə yuxu, gündüz iş üçündür.
3. Ömrün hər günü bir fürsət, yeni bir besətdir.
4. Həyatımızın müəyyən bir tarixi, proqramı və müddəti vardır.
5. Özümüzü qiyamət sorğusuna hazırlayaq.
6. Allah bizim pis işlərimizdən xəbərdar olsa da, yenə bizə möhlət verir, çıxarılmış ruhu cismə qaytarır.
7. Qiyamət əməllərin mahiyyətinin açıqlandığı gündür.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 60-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 60-cu ayəsi nə haqqındadır?
Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.
Əl-Ənam ‏ surəsi 60-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 60-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 60-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 60-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 60-cu ayənin təfsiri nədir?
"O bir kəsdir ki, sizi (ruhunuzu) gecə yatdığınız vaxt alır, gündüz gördüyünüz işlərdən xəbər tutur, sonra ömrünüzdən müəyyən müddətin keçməsi üçün sizi yuxudan qaldırır. Sonra dönəcəyiniz Ona doğrudur. O sizə gördüyünüz işlərdən xəbər verər.” Nöqtələr "Cərəhtum” iş və kəsbə yarıyan üzvə, həm də işin özünə deyilir. Allah yuxu zamanı insanın ruhunu götürsə də, "sizi götürürük” buyurur. Məlum olur ki, insanın bütün mahiyyəti elə onun ruhudur. Bildirişlər 1. Yuxu gerçək bir ölüm, oyanış isə bir növ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.