Əl-Ənam ‏ surəsi · 47-ci ayə

De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?”
Nöqtələr
Bəlkə də "bəğtət” gecə yuxusu, "cəhrət” gündüz iş zamanını bildirir. "Bəğtət” sözü "Yunus” surəsinin 24-cü ayəsində olduğu kimi müqəddiməsiz əzaba da işarə ola bilər. Həmin ayəyə əsasən, "cəhrət” sözü əsərləri ilk gündən görünən əzabdır. Buna misal olaraq Ad qövmünün başı üzərindəki təhlükəli buludları göstərmək olar. Digər ayələrdə də bu nöqtələrə toxunulmuşdur. 
Sual: Ayədə yalnız zalımların ilahi əzabla həlak olacaqları bildirilir. Amma başqa ayələrdə (məsələn, "Ənfal”, 25) əzab şöləsinin hamını bürüyəcəyi bəyan olunur. Bu, ziddiyyət deyilmi?
Cavab: "Təfsire-Kəbire-Fəxr Razidə” və "Məcməül-bəyan” təfsirində bildirilir ki, hər fitnə həlak olmaq deyil. Acı hadisələrdə zalımların sorağına gələn hər şey fəlakət və qəzəbdir. Möminlərin sorağına gələn isə imtahan və inkişaf amili sayılmalıdır.
Bildirişlər
1. Peyğəmbərə əmr olunmuşdu ki, vicdanları oyatmaq üçün sorğu-sualdan istifadə etsin.
2. Özbaşınalığınız və Allahın verdiyi möhlətlə qürrələnməyin. Allahın əzabı qəfildən gələ bilər.
3. Allahın əzabı gələn vaxt bədbəxtlik qaçılmazdır. İnsan nə özü, nə də başqaları bu bədbəxtliyin qarşısını ala bilər.
4. İlahi cəzaların səbəbi xalqa olunan zülmdür və bu cəzalar ədalətlidir.
5. Peyğəmbərlərin dəvətindən boyun qaçırmaq zülmdür.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 47-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 47-ci ayəsi nə haqqındadır?
De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
Əl-Ənam ‏ surəsi 47-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 47-ci ayənin təfsiri nədir?
"De ki, əgər Allahın əzabı gizli və ya aşkar şəkildə sorağınıza gəlsə (nə edəcəksiniz?) Məgər zalım qövmlərdən qeyrisimi həlak olar?” Nöqtələr Bəlkə də "bəğtət” gecə yuxusu, "cəhrət” gündüz iş zamanını bildirir. "Bəğtət” sözü "Yunus” surəsinin 24-cü ayəsində olduğu kimi müqəddiməsiz əzaba da işarə ola bilər. Həmin ayəyə əsasən, "cəhrət” sözü əsərləri ilk gündən görünən əzabdır. Buna misal olaraq Ad qövmünün başı üzərindəki təhlükəli buludları göstərmək olar. Digər ayələrdə də bu nöqtələrə toxunu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.