"De ki, nə düşünürsünüz, əgər Allah sizin eşitmə və görmənizi alsa və qəlblərinizə möhür vursa, Ondan başqa hansı məbud bunları sizin üçün aça bilər? Gör ki, Biz ayələri müxtəlif şəkillərdə necə bəyan edirik. Amma onlar (iman gətirib təslim olmaq əvəzinə) üz döndərirlər.”
Surənin əvvəlindən hazırkı hissəsinədək Allah müxalifləri on dəfəyədək suallar vasitəsi ilə düşünməyə dəvət etmişdir. Çünki nemətləri düşünmək, onların dəyişməsini təsəvvür etmək allahşünaslıq zəminəsidir. İnsan düşünməlidir ki, əgər ağaclar cücərməsə , sular şor və acı olsa , əgər sular yerə hopsa , əgər gecə və ya gündüz daimi olsa , əgər insanın gözü, qulağı və düşüncəsi işdən düşsə nə olar?!
İmam Baqir (ə) buyurmuşdur: «Əgər Allah sizin hidayət yolunuzu bağlasa, kim ikinci dəfə sizi hidayət edə bilər?!» Sonra imam (ə) hazırkı ayəni tilavət etmişdir.
[
1. Quranın təbliğ və tərbiyə üsullarından biri vicdanın sorğuya çəkilməsidir.
2.Allah üçün verdiyi nemətləri geri almaq asandır. Gəlin diqqətli olaq.
3. Həm yaranış Allahdandır, həm də onun hər anı ilahi nemətdir.
4. Qulaq, göz və əql insanın hiss üzvləridir və ən mühüm ilahi nemətlərdəndir.
5. Uydurma məbudların nə yaratma, nə də nemət yetirmə gücləri var. (Bəli, yalnız həm neməti verməyi, həm də onu geri almağı bacaran varlıq pərəstişə layiqdir.)
6. Bir bu qədər dəlil olan yerdə müşriklərin Allahdan qeyrilərinə üz tutması təəccüb doğurur.
7. İnadkar insanlara heç bir bildiriş təsir göstərmir.