Əl-Ənam ‏ surəsi · 44-cü ayə

Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 44
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlara verilmiş nəsihətləri unutduqlarından hər növ nemət qapılarını üzlərinə açdıq. (Maddi nemətlər içində qərq oldular.) Onlara veriləndən məmnun olduqları vaxt qəfildən onları saxladıq və birdəfəyə qəmgin və ümidsiz oldular.”
Nöqtələr
"İblas” sözündən olan "mublisun” sözü ümidsizliklə müşayiət olunan qəm-qüssə mənasını daşıyır. Bu hal mühakimə zamanı cavab tapmayan günahkarlarda yaranır. 
Əvvəlki iki ayədə buyuruldu: "Biz insanları çətinliyə salırıq ki, nalə çəksinlər. Bu ayədə isə belə buyurulur: "Bəziləri hətta çətinlik zamanı da Allahı unudurlar.
Quranda buyurulur ki, sevdiyiniz şeylərin bir çoxu sizin zərərinizədir.  Həzrət Əli (ə) buyurmuşdur: "Günah etdiyin halda Allahın sənə olan nemətlərini kəsmədiyini gördükdə diqqətli ol ki, bu lütflərin sonu xoş olmaya da bilər.” 
Dünya və onun bəhrələri insan üçün həm nemət, həm də bədbəxtlik ola bilər. Hazırkı ayədə dünya bədbəxtlik sayılmışdır. Amma iman və təqva öz əhlinə göy və yerin bərəkətini nazil edir. Bu məsələ "Əraf” surəsinin 96-cı ayəsində də təsdiqlənir. Beləcə, qəflət, haqdan xəbərsizlik xeyir qapılarını insanın üzünə bağlayır.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dünyanı günahkarların kamında görəndə, (ey günahkar,) xoşhal olma. Çünki bu, tədricən məhvə aparır.” Sonra həzrət hazırkı ayəni tilavət etmişdir.
İmam Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: "Xalq ona əmr olunmuş Əli ibn Əbu-Talibin (ə) vilayətini tərk etdiyindən onların var-dövlətini bəndə saldıq. Həzrət Qaim (ə) qiyam edənədək belə olar.” 
Bildirişlər
1. Yaşayışda rifah heç də həmişə rəhmət əlaməti olmur. Bəzən rifah cəza zəminəsidir.
2. Günahkarlara möhlət vermək və onların başını qatmaq ilahi sünnələrdəndir.
3. Yalnız höccət, dəlillər tamamlandıqdan sonra Allahın qəhri gəlir.
4. Sıxıntı və açılışlar Allahın əlindədir.
5. Ölüm və ilahi əzab qəfildən gəlir. Ona görə də daim hazır olmalıyıq.
6. Əyyaşların şadlığı qəfildən qəm-qüssəyə dönəcək.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 44-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 44-cü ayəsi nə haqqındadır?
Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən ya...
Əl-Ənam ‏ surəsi 44-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 44-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 44-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 44-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 44-cü ayənin təfsiri nədir?
"Onlara verilmiş nəsihətləri unutduqlarından hər növ nemət qapılarını üzlərinə açdıq. (Maddi nemətlər içində qərq oldular.) Onlara veriləndən məmnun olduqları vaxt qəfildən onları saxladıq və birdəfəyə qəmgin və ümidsiz oldular.” Nöqtələr "İblas” sözündən olan "mublisun” sözü ümidsizliklə müşayiət olunan qəm-qüssə mənasını daşıyır. Bu hal mühakimə zamanı cavab tapmayan günahkarlarda yaranır.  Əvvəlki iki ayədə buyuruldu: "Biz insanları çətinliyə salırıq ki, nalə çəksinlər. Bu ayədə isə belə buyu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.