Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 43-cü Ayə

Surə 6
Ayə 43

Azərbaycan dilində tərcümə

Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
Tam Surə

Əl-Ənam ‏ surəsi 43-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 43

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bəs nə üçün Bizim çətinliklərimiz onlara yetişdikdə tövbə edib nalə çəkmədilər? Bəli, (həqiqət odur ki,) onların qəlbi daşlaşıb bərkimiş və Şeytan gördükləri işləri onlara gözəl cilvələndirmişdir.”
Bildirişlər
1. Allah dərgahına doğru nalə insanın təkamülü, Allaha yaxınlaşması, daşqəlblik və yalandan uzaqlaşma səbəbidir.
2. İnsan fitrətən gözəlliyi sevir. Şeytan bu meyldən istifadə edib onu qəflətə sürükləyir.
3. İnadkarlara nə təbliğ, nə də tənbeh təsir edir.
4. Yalvarışın tərki və qürurun kökü insanın şeytani cilvələrə məftun olmasıdır.