Əl-Ənam ‏ surəsi · 36-cı ayə

Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 36
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.”
Nöqtələr
Quran iman gətirməyənləri dəfələrlə ölü və kar kimi yad edir. "Nəml” surəsinin 80-cı və "Rum” surəsinin 52-ci ayələrində bu təbirlərlə rastlaşırıq.
Bildirişlər
1. İnsan yol seçimində azaddır.
2. Həqiqəti dinləmək və onu qəbul etmək mənəvi həyat və qəlbin diriliyi nişanəsidir.
(Bəli, mənəvi həyatı olmayan, haqqı qəbul etməyən insan ölüdür. Çünki yemək və yatmaq mənasında heyvanlar da yaşayır.)
3. Allah buyurur ki, haqqı axtaran qəlblər sənin, kafirlər isə Mənim öhdəmə, qiyamətdən sonra onlarla hesab çəkərəm.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 36-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 36-cı ayəsi nə haqqındadır?
Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.
Əl-Ənam ‏ surəsi 36-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 36-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 36-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 36-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 36-cı ayənin təfsiri nədir?
"(Sənin dəvətini) yalnız eşidən qulağı olanlar qəbul edər. (Yaxınlaşmayan kafirlər) Qiyamət günü Allahın ayağa qaldıracağı və hamısı Ona doğru qaytarılacaq ölülərdir.” Nöqtələr Quran iman gətirməyənləri dəfələrlə ölü və kar kimi yad edir. "Nəml” surəsinin 80-cı və "Rum” surəsinin 52-ci ayələrində bu təbirlərlə rastlaşırıq. Bildirişlər 1. İnsan yol seçimində azaddır. 2. Həqiqəti dinləmək və onu qəbul etmək mənəvi həyat və qəlbin diriliyi nişanəsidir. (Bəli, mənəvi həyatı olmayan, haqqı qəbul etmə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.