Əl-Ənam ‏ surəsi - Ayə: 37

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 37
(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 37. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 37 MÖHSÜN QƏRAƏTİ.

"Dedilər: "Nə üçün Allah tərəfindən ona (Məhəmmədə (s) bizim istədiyimiz) bir möcüzə nazil olmadı?” De ki, şübhəsiz, Allah nişanə və möcüzə gətirməyə qadirdir, Amma onların çoxu bilməz.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir: Bəzi Qüreyş başçıları mənfi təbliğata əl ataraq İslam peyğəmbərinə deyirdilər ki, Quranın möcüzə olması bəs etmir, İsa, Musa, Saleh kimi möcüzələr gətir. 
Əlbəttə ki, həzrət Peyğəmbər (s) digər peyğəmbərlər kimi möcüzə gətirə bilərdi. Əgər o bu işi bacarmasaydı, o biri peyğəmbərlərin möcüzələri haqqında danışmazdı. Şiə və sünni rəvayətlərinə əsasən, İslam peyğəmbərinin Qurandan əlavə də möcüzələri olmuşdur.
Möcüzə gətirilməsində məqsəd Allahla peyğəmbər arasındakı xüsusi əlaqəni göstərməkdir. Bu işdə inadkar xalqın yersiz istəkləri səbəb ola bilməz. Əlbəttə ki, bəzən höccətin tamamlanması, bəhanələrə son qoyulması məqsədi ilə xalqın möcüzə istəyi yerinə yetirilir.
Tarix şahiddir ki, inadkar insanlara ardıcıl möcüzələr də təsir göstərmir. Belə möcüzələrdən sonra onlar Allahın qəzəbinə düçar olurlar. Quran buyurur ki, əgər biz mələkləri xalqa nazil etsəydik və ya ölülər onlarla danışsaydı, yenə də bəzi inadkarlar iman gətirməzdi. 
Bildirişlər
1. Müxaliflərin bəhanələrinə cavab verin.
2. Allah qadirdir, amma həm də hikmət sahibidir. O, qüdrətini o zaman göstərir ki, iş hikmətə əsaslansın.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.