Əl-Ənam ‏ surəsi · 35-ci ayə

Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər onların (kafirlərin) üz döndərməsi və etinasızlığı sənə ağırdırsa, (onları istənilən bir vasitə ilə doğru yola gətirmək istəyirsənsə, bax gör) edə bilsən yerdə bir dəlik və ya göydə bir nərdivan axtarasan ki, (digər bir) ayə gətirəsən (yenə iman gətirməzlər). Əgər Allah istəsəydi, onların hamısını doğru yola gətirərdi. (Amma məcburi hidayət ilahi sünnə deyil,) beləcə, heç vaxt cahillərdən olma.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilir: Kafirlər həzrət Peyğəmbərə (s) deyirdilər: "Nə qədər ki, yeri yarıb bizim üçün bir bulaq çıxarmamışsan, sənə iman gətirmərik.  Onlar bəzən də göyə çıxmaqdan danışırdılar.  Bəlkə də ayə kafirlərin yersiz istəklərini açıqlayır. Peyğəmbərə bildirilir ki, yeri aralasan da, göyə nərdivan qoysan da, özünü oda-suya vursan da faydası yoxdur. Buyurulur ki, sənin dəvətində nöqsan yoxdur, onlar inadkardırlar və onların hidayəti üçün özünü üzmə.
Bildirişlər
1. Peyğəmbər xalqın hidayəti yolunda özünü üzür və onların üz döndərməsindən qəmlənirdi.
2. Peyğəmbər müraciət etdiyi insanların ruhiyyəsini bilməlidir. Bilməlidir ki, inadkar bir dəstəyə hər hansı möcüzəni gətirsə də, onlar üz döndərəcəklər.
3. Həzrət Peyğəmbər (s) istənilən bir yolla xalqı hidayət etməyə çalışırdı. Amma Allah xəbərdarlıq edir ki, maneə kafirlərin inadkar ruhiyyəsindədir.
4. Allah bütün insanları hidayət edə bilər. Amma ilahi hikmətə əsasən, insan özü seçim etməlidir.
5. Bəhanəçi və inadkar insanların istəyini yerinə yetirmək, eləcə də, təbliğatçının səbirsizliyi cəhalətdir. (Yersiz istəklərin kökü çox vaxt cəhalət olur.)

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 35-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 35-ci ayəsi nə haqqındadır?
Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcb...
Əl-Ənam ‏ surəsi 35-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 35-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 35-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 35-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 35-ci ayənin təfsiri nədir?
"Əgər onların (kafirlərin) üz döndərməsi və etinasızlığı sənə ağırdırsa, (onları istənilən bir vasitə ilə doğru yola gətirmək istəyirsənsə, bax gör) edə bilsən yerdə bir dəlik və ya göydə bir nərdivan axtarasan ki, (digər bir) ayə gətirəsən (yenə iman gətirməzlər). Əgər Allah istəsəydi, onların hamısını doğru yola gətirərdi. (Amma məcburi hidayət ilahi sünnə deyil,) beləcə, heç vaxt cahillərdən olma.” Nöqtələr Ayənin nazilolma şəni haqqında deyilir: Kafirlər həzrət Peyğəmbərə (s) deyirdilər: "Nə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.