Əl-Ənam ‏ surəsi · 26-cı ayə

Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar xalqı (peyğəmbər və Qurandan) ayırırlar. Özləri də ondan uzaq və məhrum qalırlar. (Amma bilsinlər ki,) yalnız özlərini həlak edirlər və anlamırlar.”
Nöqtələr
"Yənəvnə” uzaqlaşdırmaq mənasını bildirir.
Bəzi sünni alimləri bu ayənin Əbu-Talib haqqında olduğunu bildirirlər. Deyirlər ki, Əbu-Talib xalqı peyğəmbərə əziyyət verməyə qoymurdu. Amma özü də iman gətirmir və müsəlmanlıqdan kənar gəzirdi. Bəzi digər ayələrin də bu mövzuda olduğu bildirilir.  Amma Əhli-beyt (ə) məktəbi ardıcıllarının nəzərincə Əbu-Talib ən üstün müsəlmanlardan olmuşdur. Həzrət Əlinin (ə) atası Əbu-Talibin müsəlman olmasının bir çox dəlilləri vardır. Onlardan bəzilərinə işarə edirik:
1. Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) uyğun mövzudakı buyruqları Əbu-Talibin iman gətirməsinin ən üstün dəlillərindəndir.
2. Əbu-Talib ən çətin şəraitlərdə həzrət Peyğəmbəri (s) himayə etmişdir.
3. Əbu-Talib öz şerlərində peyğəmbərə yaxınlığı və Allahla rabitəsini açıqlayır.
4. Əbu-Talib öz arvadına, övladına və qardaşı Həmzəyə tapşırır ki, İslamdan, namazdan və peyğəmbərdən muğayat olsunlar.
5. Həzrət Peyğəmbər s) Əbu-Talibin ölümü zamanı çox pərişan olur.
6. Əbu-Bəkr və Abbas şəhadət vermişlər ki, Əbu-Talib ölən zaman "La ilahə illəllah və Məhəmmədən rəsulullah” kəlmələrini söyləmişdir.
7. Həzrət Peyğəmbər (s) minbərdən Əbu-Talibə dua etmiş, onun cənazəsini dəfn etmiş, həzrət Əliyə Əbu-Talibi kəfənləmək göstərişi vermişdir. Həmin vaxt meyit namazı hökm olunmadığı üçün bu namaz qılınmamışdır. Qeyd etməliyik ki, Xədicə də vəfat edəndə meyit namazı qılınmadı.
8. Həzrət Əli (ə) Müaviyəyə yazdığı məktubda bildirir ki, mənim atam Əbu-Taliblə sənin atan Əbu-Süfyan arasında böyük fərq var.
9. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mən qiyamət günü atam, anam və əmim Əbu-Talibin şəfaətçisiyəm.
10. Hədisdə oxuyuruq ki, Allah Öz rəsuluna belə vəhy etdi: "Sənin ata-anana və himayəçinə od haramdır.”
11. Həzrət Əlinin (ə) anası Fatimə binti Əsədin müsəlman olmasında heç bir şəkk-şübhə yoxdur. Əgər Əbu-Talib müsəlman olmasaydı, həzrət Peyğəmbər (s) Fatimənin onda ərdə qalmasına icazə verməzdi.
Bildirişlər
1. Kafirlər və müşriklər daim pozuculuq fəaliyyəti ilə məşğul olmuş və xalqı Qurandan ayırmağa çalışmışlar.
2. Haqqı qəbul etməmək insanın özünü fəlakətə salma səbəbidir.
3. Gerçək düşüncə haqqı tapmaqdır. Haqq yol və haqq rəhbəri itirmək istənilən bir şəxs tərəfindən şüursuzluqdur.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 26-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 26-cı ayəsi nə haqqındadır?
Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).
Əl-Ənam ‏ surəsi 26-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 26-cı ayənin təfsiri nədir?
"Onlar xalqı (peyğəmbər və Qurandan) ayırırlar. Özləri də ondan uzaq və məhrum qalırlar. (Amma bilsinlər ki,) yalnız özlərini həlak edirlər və anlamırlar.” Nöqtələr "Yənəvnə” uzaqlaşdırmaq mənasını bildirir. Bəzi sünni alimləri bu ayənin Əbu-Talib haqqında olduğunu bildirirlər. Deyirlər ki, Əbu-Talib xalqı peyğəmbərə əziyyət verməyə qoymurdu. Amma özü də iman gətirmir və müsəlmanlıqdan kənar gəzirdi. Bəzi digər ayələrin də bu mövzuda olduğu bildirilir.  Amma Əhli-beyt (ə) məktəbi ardıcıllarının ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.