Əl-Ənam ‏ surəsi - Ayə: 27

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 27
Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 27. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 27 MÖHSÜN QƏRAƏTİ.

"Əgər onları od ağzında saxlanılan vaxt görsəydin, (eşidərdin ki,) deyirlər: "Kaş ki, yenidən dünyaya qaytarılaydıq, Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq.”
Nöqtələr
Quran ayələrinə əsasən, onlar həm ölüm astanasında, həm qəbirdə, həm də qiyamətdə dünyaya qayıtmağı arzulayarlar. 
23-cü ayədə müşriklər öz şirklərini inkar edirdilər. Amma bu ayədə onlar etiraf edir, dünyaya qayıdıb öz günahlarını yumaq istəyirlər.
Bildirişlər
1. Kafirlər oda çəkilən zaman dəhşətə düşüb zillət içində nalə çəkirlər. Qiyamətin müxtəlif mərhələləri və dayanacaqları var. Bəzi mərhələlərdə günahkarlar nalə çəkir, bəzi dayanacaqlarda onların ağızlarına sükut möhürü vurulur.
2. İlahi ayələrin inkarı axirətdə peşmançılığa səbəb olur.
3. Nə qədər ki, dünyada fürsət var, iman gətirək. Çünki axirətdən geri qayıtmağa macal yoxdur. Qiyamətdə dünyaya qayıdıb iman gətirmək və itaət etmək arzusu kafirlərin arzularındandır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.