Əl-Ənam ‏ surəsi · 20-cu ayə

(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kitab verdiyimiz kəslər Məhəmmədi (s) öz övladları tək tanıyırlar. (Əvvəlki peyğəmbər və kitabların Məhəmməd (s) haqqında dediklərini bilirlər.) Özünə zərər vuran kəslər iman gətirməzlər.”
Nöqtələr
Bu ayə "Bəqərə” surəsinin 146-cı ayəsinə oxşayır.
Tövrat və İncildə həm İslam peyğəmbərinin əlamətləri, həm də onun və ətrafındakıların əxlaqına işarə olunmuşdur. 
Ən yaxşı tanıma insanın öz övladını tanımasıdır. Çünki insan öz övladını anadan olduğu gündən izləyir. Amma ata-ana, bacı-qardaş və həyat yoldaşını övlad qədər tanımaq olmur. Ona görə də ayədə "onlar peyğəmbəri öz övladları kimi tanıyırdılar”-deyə buyurulur.
Bildirişlər
1. Allah kitab əhlinə höccəti tamam etdi, dəlillər gətirdi, bəhanələri kəsdi. Onlar İslam peyğəmbərini çox yaxşı tanıyırdılar.
2. Peyğəmbər çox yaxşı tanınmalıdır və onun doğruçuluğuna heç bir şübhə qalmamalıdır.
3. İnsanın qurtuluşu yalnız tanışlıq və elmdən asılı deyil. Bir çox allahşünaslar, peyğəmbərşünaslar və dinşünaslar öz inadkarlıqları səbəbindən ziyana düşdülər.
4. Haqqın gizlədilməsi insanı pis aqibətə düçar edir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 20-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 20-cu ayəsi nə haqqındadır?
(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
Əl-Ənam ‏ surəsi 20-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 20-cu ayənin təfsiri nədir?
"Kitab verdiyimiz kəslər Məhəmmədi (s) öz övladları tək tanıyırlar. (Əvvəlki peyğəmbər və kitabların Məhəmməd (s) haqqında dediklərini bilirlər.) Özünə zərər vuran kəslər iman gətirməzlər.” Nöqtələr Bu ayə "Bəqərə” surəsinin 146-cı ayəsinə oxşayır. Tövrat və İncildə həm İslam peyğəmbərinin əlamətləri, həm də onun və ətrafındakıların əxlaqına işarə olunmuşdur.  Ən yaxşı tanıma insanın öz övladını tanımasıdır. Çünki insan öz övladını anadan olduğu gündən izləyir. Amma ata-ana, bacı-qardaş və həyat...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.