Əl-Ənam ‏ surəsi · 2-ci ayə

Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 2
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O sizi gildən yaratmış kəsdir. Bundan sonra bir əcəl (ki, dünyada yaşayışınız üçün) qərar verdi. Müəyyən əcəl (dünyada dəyişməzdir,) Ona məlumdur. Yoxsa şəkk-şübhə edirsiniz?”
Nöqtələr
Əvvəlki ayədə göylərin və yerin yaranışı, bu ayədə isə insanın xəlq olunması və bu dünyadakı məhdud həyatı haqqında danışılır.
Quranda "əcəlun musəmma” təbiri iyirmi bir dəfə işlədilmişdir. (Əcəlun musəmma”-müəyyən əcəl.)
Allah insan ömrü üçün iki dayanacaq müəyyənləşdirmişdir: Bu əcəllərdən biri qətidir. Çırağın yanacağı qurtardıqda söndüyü kimi, ömür də başa çatdıqda ölüm qətidir. Digər əcəl qeyri-qəti əcəldir. O insanın əməllərindən asılıdır. Məsələn, bəzən çırağın yanacağı olduğu halda küləyin təsirindən sönür.
Rəvayətlərdə sileyi-rəhmi (yaxınları yoxlamaq), sədəqə, zəkat, dua ömrü uzadan səbəblər kimi göstərilir. Əksinə, yaxınlarla əlaqəni kəsmək, zülm ömrü qısaldan amillərdir. 
İmam Baqir (ə) "əcəlun və əcəlun müsəmma” təbirləri haqqında buyurmuşdur: "Bu, iki əcəldir: «Bunlardan birincisi dəyişkən, digəri qətidir.” 
İbn Abbasın bildirdiyinə görə, Allah insan üçün iki əcəl müəyyənləşdirmişdir: Bunlardan biri doğulandan ölümədək, digəri ölümdən qiyamətədəkdir. İnsan öz əməlləri ilə bəzən birini əskildib o birini artırır. Nəticədə əcəl dəyişməzdir.” 
Bildirişlər
1. Ömrün uzunluğu və həyatın sonu əlimizdə deyil.
2 Yalnız Allah "müsəmma”, yəni qəti əcəldən xəbərdardır.
3. Əgər həm yaranış, həm də işin sonu Allahın əlindədirsə, nə üçün yaranış və məada şəkk edək?!

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 2-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 2-ci ayəsi nə haqqındadır?
Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada...
Əl-Ənam ‏ surəsi 2-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 2-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 2-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 2-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 2-ci ayənin təfsiri nədir?
"O sizi gildən yaratmış kəsdir. Bundan sonra bir əcəl (ki, dünyada yaşayışınız üçün) qərar verdi. Müəyyən əcəl (dünyada dəyişməzdir,) Ona məlumdur. Yoxsa şəkk-şübhə edirsiniz?” Nöqtələr Əvvəlki ayədə göylərin və yerin yaranışı, bu ayədə isə insanın xəlq olunması və bu dünyadakı məhdud həyatı haqqında danışılır. Quranda "əcəlun musəmma” təbiri iyirmi bir dəfə işlədilmişdir. (Əcəlun musəmma”-müəyyən əcəl.) Allah insan ömrü üçün iki dayanacaq müəyyənləşdirmişdir: Bu əcəllərdən biri qətidir. Çırağın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.