Əl-Ənam ‏ surəsi · 17-ci ayə

Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.”
Bildirişlər
1. Bütün işlər bir mənbədən qidalanır. Xeyirin bir, şərin başqa bir mənbəsi yoxdur.
2. Bütün ümidlər Allaha bağlanmalı və bütün qorxular Ondan olmalıdır.
3. İlahi qanunlarda istisna yoxdur. Həzrət Peyğəmbər (s) də acı-şirin hadisələrdə diqqətini Allaha yönəltməlidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 17-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 17-ci ayəsi nə haqqındadır?
Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
Əl-Ənam ‏ surəsi 17-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 17-ci ayənin təfsiri nədir?
"Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.” Bildirişlər 1. Bütün işlər bir mənbədən qidalanır. Xeyirin bir, şərin başqa bir mənbəsi yoxdur. 2. Bütün ümidlər Allaha bağlanmalı və bütün qorxular Ondan olmalıdır. 3. İlahi qanunlarda istisna yoxdur. Həzrət Peyğəmbər (s) də acı-şirin hadisələrdə diqqətini Allaha yönəltməlidir.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.