Əl-Ənam ‏ surəsi - Ayə: 18

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 18
Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 18. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 18 MÖHSÜN QƏRAƏTİ.

"Odur Öz bəndələrinə qalib və hakim olan. Odur hikmət sahibi və agah.”
Nöqtələr
Elə bir qələbə növü "qəhr” adlanır ki, qəhrə gələn qahir qarşısında zəlil olsun.
On dördüncü ayədə Allahın vilayət və ruzi verməsi bəyan olundu. 15-ci ayədə isə Allahın qəhr və qiyamətindən danışıldı. 16-cı ayədə ilahi qurtuluş və rəhmətə işarə edildi, 17-ci ayədə müşküllərin həlli və xeyirə çatmaq barədə danışıldı. Bu ayədə isə Allahın mütləq qüdrəti bəyan olunur.
Bildirişlər
1. Kimsədən qorxmayaq. Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir.
2. Allahın qüdrət və qəhri hikmət və elmlə müşayiət olunur.
3. Allahın xeyir və ya zərər yetirməsi onun hikmət və agahlığına əsaslanır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.