Əl-Ənam ‏ surəsi · 16-cı ayə

(O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.”
    Nöqtələr
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz.” Soruşdular: "Sizdəmi, ya rəsuləllah?” Həzrət buyurdu: "Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!” Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi.” Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur.
    Bildirişlər
    1. Hamı üçün təhlükə var. İlahi əzabdan yalnız xüsusi lütf sayəsində qurtulmaq olar.
    2. Allaha təslimçilik ilahi rəhmətə çatmaq zəminəsidir.
    3. Allahın qəhr-qəzəbini yalnız Onun rəhmi aradan qaldıra bilər. Əməllərimizin qəbulu və övliyaların şəfaəti ilahi rəhmət təzahürlərindəndir.

    Tez-tez Verilən Suallar

    Əl-Ənam ‏ surəsi 16-cı ayə haqqında suallar və cavablar

    Əl-Ənam ‏ surəsinin 16-cı ayəsi nə haqqındadır?
    (O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
    Əl-Ənam ‏ surəsi 16-cı ayə hansı surədə yerləşir?
    Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
    Əl-Ənam ‏ surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Əl-Ənam ‏ surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Əl-Ənam ‏ surəsi 16-cı ayənin təfsiri nədir?
    "Həmin gün hər kəsdən ilahi əzab uzaqlaşdırılsa, şübhəsiz, ilahi rəhmətə çatmışdır və budur aşkar qurtuluş.” Nöqtələr Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Həyatım əlində olan Allaha and olsun, qiyamətdə kimsə öz əməlinə görə behiştə getməz.” Soruşdular: "Sizdəmi, ya rəsuləllah?” Həzrət buyurdu: "Allahın fəzl və rəhməti yetişməsə, hətta mən də!” Sonra mübarək əllərini başının üzərinə aparıb bu ayəni tilavət etdi.” Şübhəsiz ki, yalnız saleh əməllər və xeyirxah fərdlər ilahi rəhmətə nail olur. Bildir...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.