Əl-Ənam ‏ surəsi - Ayə: 17

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 17
Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 17. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 17 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Allah (sınaq, inkişaf və ya əməllərinin cəzası üçün) səni zərər-ziyanla üzləşdirsə, Özündən savay kimsə onu aradan qaldıra bilməz. Əgər sənə bir xeyir yetişsə, Onun hər şeyə gücü çatar.”
Bildirişlər
1. Bütün işlər bir mənbədən qidalanır. Xeyirin bir, şərin başqa bir mənbəsi yoxdur.
2. Bütün ümidlər Allaha bağlanmalı və bütün qorxular Ondan olmalıdır.
3. İlahi qanunlarda istisna yoxdur. Həzrət Peyğəmbər (s) də acı-şirin hadisələrdə diqqətini Allaha yönəltməlidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.