Əl-Ənam ‏ surəsi · 157-ci ayə

Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 157
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Kitabı nazil etdik ki), "əgər səmavi kitab nazil olsaydı, hökmən onlardan (yəhudi və məsihilərdən) daha çox hidayət olardıq” deməyəsiniz. (Bu bəhanələrin qarşısını almaq üçün) şübhəsiz, Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və rəhmət gəldi. İlahi ayələri təkzib edib ondan üz çevirənlərdən zalımı kimdir? Biz tezliklə ayələrimizdən üz çevirənləri həmin dönüklüklərinə görə ağır əzabla cəzalandıracağıq.”
Nöqtələr
"Yəsdifun” götür-qoy etmədən, düşünmədən bir şeydən sərt şəkildə üz döndərmək mənasını bildirir.
Bildirişlər
1. Məkkə müşrikləri Tövrat və İncil ardıcıllarının doğru yolu tutduğunu etiraf edirdilər. Amma onlar elə hesab edirdilər ki, səmavi kitaba onlar başqalarından daha layiqdirlər.
2. Quranın nazil olması hamı üçün höccəti tamamlayır.
3. Quran Allahın rübubiyyət cilvələrindəndir.
4. Quran hidayət və rəhmət kitabıdır.
5. İmtahana çəkilənədək iddiaçı çox olur. Amma imtahan kimin sədaqətli olub-olmadığını aşkarlayır.
6. Bəşəriyyətə ən böyük zülm səmavi kitabdan üz döndərilməsidir.
7. Həqiqi dindən üz çevirməyin, ilahi ayələrə müxalifətçiliyin cəzası ağır əzabdır.
8. İnsanın bədbəxtçiliklərinin əsas amili onun öz əməlləridir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 157-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 157-ci ayəsi nə haqqındadır?
Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha...
Əl-Ənam ‏ surəsi 157-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 157-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 157-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 157-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 157-ci ayənin təfsiri nədir?
"(Kitabı nazil etdik ki), "əgər səmavi kitab nazil olsaydı, hökmən onlardan (yəhudi və məsihilərdən) daha çox hidayət olardıq” deməyəsiniz. (Bu bəhanələrin qarşısını almaq üçün) şübhəsiz, Rəbbiniz tərəfindən aşkar dəlil, hidayət və rəhmət gəldi. İlahi ayələri təkzib edib ondan üz çevirənlərdən zalımı kimdir? Biz tezliklə ayələrimizdən üz çevirənləri həmin dönüklüklərinə görə ağır əzabla cəzalandıracağıq.” Nöqtələr "Yəsdifun” götür-qoy etmədən, düşünmədən bir şeydən sərt şəkildə üz döndərmək məna...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.