"(Biz onu nazil etdik ki,) deməyəsiniz: səmavi kitab yalnız bizdən əvvəl olmuş iki tayfaya (yəhudi və məsihilərə) nazil olmuşdur və biz onların elmindən xəbərsiz qalmışıq.”
"Mübarək” sözü "bərəkət” kökündən olub iki məna daşıyır. Güclü və sabit kök; daimi inkişaf. Quran həm əsas, dəyişməz və möhkəm qanunlara malikdir, həm də zaman ötdükcə onun sirləri üzərindən pərdələr götürülür. Günlər keçdikcə Quran daha çox aydın olur.
Ayədəki "ən təqulu” təbiri belə mənalandırılır ki, "deməyəsiniz və bəhanə gətirməyəsiniz.”
Ayədəki "dirasət” sözü tilavət və elm mənasını bildirir.
1. Quran yalnız nəzəri kitab deyil. Quran səadət kitabıdır və o, insana əməl proqramı təqdim edir.
2. Bəşəriyyətin xoşbəxtliyi iki şeydədir: Haqqa itaət və batildən çəkinmək.
3. Allah höccəti (dəlilləri) xalqa tamamlamışdır.
4. Müsəlmanların təbliğat mexanizmi hər bir ölkə, millət, dil üçün günün səviyyəsində dəqiq proqramlar hazırlamalıdır. Bu yolla höccət tamamlanar, bəhanələr kəsilər. Kimsə deyə bilməz ki, biz haqdan xəbərsiz olmuşuq.