Əl-Ənam ‏ surəsi · 152-ci ayə

«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 152
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Buluğ həddinə çatanadək yetimin malına yaxınlaşmayın (ondan istifadə etməyin). Yalnız yaxşı məqsəd istisnadır. (Alış-verişdə) peymanə (ölçü qabı) və tərəzidə ədaləti gözləyin. Biz kimsəni gücündən yuxarı vəzifələndirmirik. Danışarkən (istər mühakimə, istər şəhadətdə) ədalətə riayət edin. Hətta qohumunuz (onun ziyanına) olsa belə, Allahla əhd-peymana vəfa qılın. Onlar Allahın sizə tapşırdığı işlərdir. Bəlkə yada salıb, öyüd götürəsiniz.”
Nöqtələr
Allah öz işlərini "əhsən” (gözəl) şəkildə yerinə yetirir.  Allah bizdən də işlərimizi gözəl şəkildə görməyimizi istəmişdir.  İstər məsrəflərdə, istər iqtisadi fəaliyyətlərdə bu prinsipə əməl olunmalıdır.  Hətta müxaliflərlə danışarkən də bu göstəriş unudulmamalıdır.  Hətta başqalarının sözünü qəbul edərkən də "Əhsən” prinsipi yaddan çıxmamalıdır.  Xalqın pisliklərinə ən yaxşı şəkildə cavab verilməlidir.  Bəli, bütün bu hallarda "əhsən” kəlməsi işlədilmişdir.
Həzrət Şüeybin qövmü alış-verişdə ədaləti gözləməyib əskik satdığı üçün əzaba düçar oldu. Quranda da əskik satmaq üç dəfə qadağan olunmuşdur.
"Kəyl” sözü həm peymanə, yəni ölçü qabı, həm də ölçmək mənasını bildirir. "Qist” sözü həm ödənişdə, həm də ölçüdə ədaləti bildirə bilər. Yəni ölçü qabı və tərəzidə nöqsan olmamalıdır. Əlbəttə, hər iki halda nəticə eynidir.
Bildirişlər
1. Yetimin müdafiəsi olmadığı üçün və malı xətərdə olduğundan ehtiyatlı olaq.
2. Yetimin haqqını qorumaq üçün onların mal-mülkündən ən yaxşı şəkildə istifadə yolunu seçməliyik. İqtisadi biliyi və yetərincə təqvası olanlardan savay kimsə yetimin malına yaxınlaşmamalıdır.
3. Yetimlər yetkinliyə çatıb kifayət qədər təcrübə qazandıqdan sonra onları azad buraxın.
4. İslam cəmiyyətinin iqtisadi nizamı ədalətə əsaslanmalıdır.
5. Əgər ədaləti üstün dərəcədə gözləmək mümkünsüzdürsə, imkan çatan qədər ona riayət edin.
6. Bütün ilahi göstərişlər və əmrlər insanın gücü daxilindədir.
7. Qüdrət olmayan yerdə vəzifə də yoxdur.
8. İslamda vəzifə güc qədərindədir. Gücü çox olanın vəzifəsi də ağırdır.
9. İstər rəftar, istər danışıqda ədaləti gözləmək əsas məsələdir. (Şəhadətdə, vəsiyyətlərdə, mühakimələrdə, tənqidlərdə, sitayişlərdə ədaləti gözləyək.)
10. Allahın peymanlarına vəfalı olaq. "Əhdillah” həm Allahın insanla, həm də insanın Allahla bağladığı peymana şamildir).
11. Qohumluq rabitələrini haqq-ədalətdən üstün tutmayaq.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 152-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 152-ci ayəsi nə haqqındadır?
«Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta q...
Əl-Ənam ‏ surəsi 152-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 152-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 152-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 152-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 152-ci ayənin təfsiri nədir?
"Buluğ həddinə çatanadək yetimin malına yaxınlaşmayın (ondan istifadə etməyin). Yalnız yaxşı məqsəd istisnadır. (Alış-verişdə) peymanə (ölçü qabı) və tərəzidə ədaləti gözləyin. Biz kimsəni gücündən yuxarı vəzifələndirmirik. Danışarkən (istər mühakimə, istər şəhadətdə) ədalətə riayət edin. Hətta qohumunuz (onun ziyanına) olsa belə, Allahla əhd-peymana vəfa qılın. Onlar Allahın sizə tapşırdığı işlərdir. Bəlkə yada salıb, öyüd götürəsiniz.” Nöqtələr Allah öz işlərini "əhsən” (gözəl) şəkildə yerinə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.