"Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)”
127-ci ayədə oxuduq ki, doğru yol seçənlərin qəyyumu yalnız Allahdır. Bu ayədə isə bəzi insanlara onların əməllərinə görə zalımların rəhbər təyin olunduğu xəbər verilir.
Rəvayətlərə əsasən, əmr be məruf və nəhy əz münkəri tərk edənlərin, xüms və zəkat ödəməyənlərin, zalımlara kömək göstərənlərin cəzaları zalımların onlara hakim qərar verilməsidir. Hədisdə oxuyuruq: "Əgər Allah bir qövmün işindən razı olsa, onların işini yaxşılara tapşırar. Əgər narazı olsa, onların işinə pislər rəhbərlik edər.”
1. Şeytanlar insanlara hakim olduğu kimi, bəzi zalımlar da insanlara eyni cür hakim olur.
2. Haramdan istifadə zalım hakimlərin batil hökuməti üçün zəmindir.
3. Təkcə hakimlər zalım deyil. Həm də qorxaq, səsini çıxarmayan, əyyaş məhkumlar da zalımdırlar.
4. Zalımların hakimiyyətə çatmasının səbəbi xalqın rəftarıdır.