Əl-Ənam ‏ surəsi - Ayə: 127

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 127
Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 127. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 127 MÖHSÜN QƏRAƏTİ.

"Rəbbinin yanında salamatlıq sarayı yalnız onlar üçündür. Allah yerinə yetirdikləri əməllərin mükafatı olaraq onlara qəyyum, arxa və dostdur.”
Bildirişlər
1. Behiştdə düşmənçilik, rəqabət, həsrət, böhtan, həsəd, kin-küdurət, yalan, qəm-qüssə, hər növ ölüm, xəstəlik və yoxsulluqdan əsər belə yoxdur.
2. Əmniyyət və salamatçılıqdan da üstün nemət Allahın məxsus lütfünün kölgəsində olmaqdır.
3. Doğru yolda olanların işlərini Allah Öz öhdəsinə götürmüşdür.
4. Yalnız əməl sayəsində ilahi vilayətə çatmaq olar.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.