Əl-Ənam ‏ surəsi · 129-cu ayə

Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 129
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)”
Nöqtələr
127-ci ayədə oxuduq ki, doğru yol seçənlərin qəyyumu yalnız Allahdır. Bu ayədə isə bəzi insanlara onların əməllərinə görə zalımların rəhbər təyin olunduğu xəbər verilir.
Rəvayətlərə əsasən, əmr be məruf və nəhy əz münkəri tərk edənlərin, xüms və zəkat ödəməyənlərin, zalımlara kömək göstərənlərin cəzaları zalımların onlara hakim qərar verilməsidir. Hədisdə oxuyuruq: "Əgər Allah bir qövmün işindən razı olsa, onların işini yaxşılara tapşırar. Əgər narazı olsa, onların işinə pislər rəhbərlik edər.” 
Bildirişlər
1. Şeytanlar insanlara hakim olduğu kimi, bəzi zalımlar da insanlara eyni cür hakim olur.
2. Haramdan istifadə zalım hakimlərin batil hökuməti üçün zəmindir.
3. Təkcə hakimlər zalım deyil. Həm də qorxaq, səsini çıxarmayan, əyyaş məhkumlar da zalımdırlar.
4. Zalımların hakimiyyətə çatmasının səbəbi xalqın rəftarıdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 129-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 129-cu ayəsi nə haqqındadır?
Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
Əl-Ənam ‏ surəsi 129-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 129-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 129-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 129-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 129-cu ayənin təfsiri nədir?
"Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)” Nöqtələr 127-ci ayədə oxuduq ki, doğru yol seçənlərin qəyyumu yalnız Allahdır. Bu ayədə isə bəzi insanlara onların əməllərinə görə zalımların rəhbər təyin olunduğu xəbər verilir. Rəvayətlərə əsasən, əmr be məruf və nəhy əz münkəri tərk edənlərin, xüms və zəkat ödəməyənlərin, zalımlara kömək göstərənlərin cəzaları zalımların onlara hakim qərar verilməsidir. Hədisdə oxuyuruq: "Əgər Allah bir qövmün işindən razı ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.