Əl-Ənam ‏ surəsi · 118-ci ayə

Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər ilahi ayələrə imanınız varsa yalnız (zibh zamanı) Allahın adı çəkiləndən yeyin.”
Nöqtələr
Heyvanın zibhi, kəsimi zamanı Allahın adını çəkmək bir növ maddiyyata paklıq vermək və imanı cilvələndirməkdir. Bütün işlərdə Allahın adını çəkmək yaxşıdır. Amma heyvanı kəsərkən onun canı alındığından həmin məqamda Allah adını çəkmək zəruridir.
İslam məktəbinin komplekslik nişanəsi odur ki, zibh kimi cüzi bir məsələdə onun bütün yönümləri açıqlanılır. Bu məsələdə həm məktəb (Allahın adı), həm vasitə (dəmir), həm damarların kəsilmə üsulu, həm ümmət (zibh edənin müsəlman olması), həm cəhət (qiblə), həm məsrəf yeri bəyan olunmuşdur.
Bildirişlər
1. Möminin qidalanmasında da ilahi yönüm olmalıdır.
2. Halal heyvanların ətindən istifadə zamanı Allahın adının çəkilməsi bir növ məsrəf üçün icazə möhürüdür.
3. Tövhid sütunlarını möhkəmlətmək üçün bütün fürsətlərdən, eləcə də, heyvanın zibhindən istifadə olunmalıdır. Bəli, tövhid təkcə zehnə aid məsələ deyil.
4. Halal qida və hökmlərə əməl iman şərtidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 118-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 118-ci ayəsi nə haqqındadır?
Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
Əl-Ənam ‏ surəsi 118-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 118-ci ayənin təfsiri nədir?
"Əgər ilahi ayələrə imanınız varsa yalnız (zibh zamanı) Allahın adı çəkiləndən yeyin.” Nöqtələr Heyvanın zibhi, kəsimi zamanı Allahın adını çəkmək bir növ maddiyyata paklıq vermək və imanı cilvələndirməkdir. Bütün işlərdə Allahın adını çəkmək yaxşıdır. Amma heyvanı kəsərkən onun canı alındığından həmin məqamda Allah adını çəkmək zəruridir. İslam məktəbinin komplekslik nişanəsi odur ki, zibh kimi cüzi bir məsələdə onun bütün yönümləri açıqlanılır. Bu məsələdə həm məktəb (Allahın adı), həm vasitə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.