Əl-Ənam ‏ surəsi · 116-cı ayə

Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 116
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər yer üzündəki bir çox insanlara itaət etsən, səni Allahın yolundan azdırarlar. Çünki onlar yalnız gümana itaət edirlər. Onlar zənn-gümandan başqa bir şeyə varmırlar.”
Nöqtələr
"Xərs” təxmin, güman mənasını bildirir. Bəzi təxminlər heç nəyə əsaslanmadığından bu söz yalan mənasında da işlədilir. 
Bildirişlər
1. Xalqın və çoxluğun yolu yox, hidayət və Quran yolu meyardır.
2. Çoxluq haqlılıq deyil. Meyar say yox, həqiqətdir. Ona görə də haqq yolla addımlayarkən azlıqdan qorxmayın.
3. Çoxluğun diqqətini qazanmaq bəzən insanın məhvi və ya yolunu azması bahasına başa gəlir. (Çoxluğun rəyinə uyğun olmasa da, Allahın yolu ilə hərəkət edək.)
4. Çoxluq o qədər aldadıcıdır ki, hətta Allah da Öz peyğəmbərlərini çoxluğa itaətdən çəkindirir.(Peyğəmbərlər çoxluğa yox, vəhyə tabedir.)
5. Azğınlıqların kökü zənn və gümana istinad edilməsidir.
6. Haqqı qoyub zənn-güman və həvəs ardınca gedən çoxluğa itaət etmək olmaz.
7. Yol seçimində zənn-güman yox, ciddi dəlillər əsas götürülməlidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 116-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 116-cı ayəsi nə haqqındadır?
Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
Əl-Ənam ‏ surəsi 116-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 116-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 116-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 116-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 116-cı ayənin təfsiri nədir?
"Əgər yer üzündəki bir çox insanlara itaət etsən, səni Allahın yolundan azdırarlar. Çünki onlar yalnız gümana itaət edirlər. Onlar zənn-gümandan başqa bir şeyə varmırlar.” Nöqtələr "Xərs” təxmin, güman mənasını bildirir. Bəzi təxminlər heç nəyə əsaslanmadığından bu söz yalan mənasında da işlədilir.  Bildirişlər 1. Xalqın və çoxluğun yolu yox, hidayət və Quran yolu meyardır. 2. Çoxluq haqlılıq deyil. Meyar say yox, həqiqətdir. Ona görə də haqq yolla addımlayarkən azlıqdan qorxmayın. 3. Çoxluğun d...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.