Əl-Ənam ‏ surəsi - Ayə: 115

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 115
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 115. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 115 MÖHSÜN QƏRAƏTİ.

"Rəbbinin kəlamı sədaqət və ədalətlə kamal və tamlıq həddinə çatdı. Onun kəlmələrini dəyişəcək kimsə yoxdur və O eşidən, biləndir.”
Nöqtələr
Əvvəlki ayəyə əsasən bu ayədəki "kəlimə” sözü Quran ayələrinə işarədir. Amma Quran və rəvayət terminologiyasında "kəlimə” bəzən qəti vəd mənasını bildirir.  Qeyd olunan ayədə uyğun söz Bəni-İsrailə səbirlərinə xatir ilahi vədin gerçəkləşməsini bildirir. Bəzən bu söz din mənasında işlədilmişdir. "Kəlimətullah”, yəni Allahın dini. Bəzən isə «kəlimə» dedikdə peyğəmbər və ilahi övliyalar nəzərdə tutulur.  Rəvayətlərdə məsum imamların dilindən nəql olunur ki, biz ilahi kəlmələrik. 
Bildirişlər
1. Quran son səmavi kitab, İslam son ilahi dindir.
2. İslam peyğəmbərinin risalətinin sübutu üçün Quran kamil möcüzədir.
3. Quran cəmiyyətin hidayəti ilə bağlı bütün ehtiyaclara cavab verir.
4. İslam ötən dinlərin mükəmməlidir.
5. İslam peyğəmbərinin besəti ilə dinin tamamlanması Allahın rübubiyyət cilvəsidir.
6. İlahi qanun və sünnələrin varlıq nizamında əsası sədaqət və ədalətdir.
7. Quran xəbərləri doğrudur, onun hökmləri ədalət üzərində qurulmuşdur. Digər bir ayədə də bu məsələyə toxunulur. 
8. Quranda təhrifə yol yoxdur.
9. Allah ehtiyacları çox yaxşı bilir və bu ehtiyacları nəzərə alaraq Quran nazil etmişdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.