Əl-Ənam ‏ surəsi · 112-cü ayə

Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.”
Nöqtələr
Əvvəlki iki ayədə deyilmişdir: "Biz onları özbaşına buraxdıq. Burada buyurulur: "Sən də onları özbaşına burax.”
İnsanın süqutu şeytani vəsvəsələrə təslimçilikdən başlayır.  Həmin vaxt kimə vəsvəsələr təsir edirsə, şeytanın yoldaşlarından olur.  Həmin şəxs nəhayət özü şeytan olur.
Təzad və qarşıdurma ixtiyarı təkamülün zəminəsidir. Ona görə də Allah dünyanı ixtiyari çətinliklər və təzad aləmi qərar vermişdir.
Bildirişlər
1. İnsanın istiqamət və möhkəmlik amillərindən biri də tarixdən və başqalarının çətinliklərindən xəbərdarlıqdır.
2. Haqq və batilin mübarizəsi tarix boyu davam etmişdir.
3. Cəmiyyətin rəhbəri qarşıdurmalara hazır olmalıdır.
4. Müxaliflərin və bədxahların kökünün kəsilməsi intizarında olmayaq.
5. Peyğəmbərlərin növbənöv müxaliflərlə çəkişməsi ilahi sünnələrdəndir.
6. İnadkar kafirlər şeytandır.
7. İnsan və cin şeytanlar bir-birlərinə təlqin etməklə əlaqə saxlayırlar.
8. Şeytanlar şeytani üsulları bir-birlərinə öyrədirlər.
9. Peyğəmbər müxaliflərinin xalq arasında təbliğatları var.
10. Gözəl və aldadıcı sözlər insanı azdıra bilər.
11. Allah insanı azad yaratmış və dünyanı çəkişmə meydanı qərar vermişdir.
12. Bəşəriyyətin ixtiyar və azadlığı onun inkişaf və tərbiyəsi üçündür.
13. Varlıq nizamında xeyir və şər adlı iki yox, vahid iradə hakimdir. Azdırıcı səylər ilahi qüdrət xaricində deyil.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 112-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 112-cü ayəsi nə haqqındadır?
Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (...
Əl-Ənam ‏ surəsi 112-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 112-cü ayənin təfsiri nədir?
"(Ey peyğəmbər! Onlar təkcə sənin qarşında inadkarlıq etmirlər.) Biz bu sayaq hər bir peyğəmbər üçün insan və cindən olan şeytanlarla düşmənçilik yaratdıq. Onlardan bəzisi qəlbəyatan və aldadıcı sözlərini bəzilərinə təlqin edirlər. Əlbəttə, sənin Rəbbin istəsəydi, belə etməzdilər. (Amma ilahi sünnə, qanun insanların azadlığı üzərində qurulub) Onları və yalandan quraşdırdıqlarını özlərinə tapşır.” Nöqtələr Əvvəlki iki ayədə deyilmişdir: "Biz onları özbaşına buraxdıq. Burada buyurulur: "Sən də onl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.