Əl-Ənam ‏ surəsi - Ayə: 111

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 111
Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 111. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 111 MÖHSÜN QƏRAƏTİ.

"Əgər Biz onlara doğru mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi (haqqa şahid olaraq) dəstə-dəstə onların qarşısında toplasaydıq, yenə iman gətirməzdilər. Yalnız Allah istəsəydi (məcburi iman gətirərdilər). Amma onların çoxu nadanlıq edir.”
Nöqtələr
Nəql olunduğuna görə, mələklərin nazil olması və ölülərlə danışılması müşriklərin istəklərindən idi. Halbuki müşriklər o qədər inadkar idilər ki, hətta mələklərin görünməsi kimi qeybi bir iş də baş versəydi, iman gətirməzdilər. Sədi deyir:
Əlindəki gövhər olsa da əgər,
Sığal verildikcə o gözəlləşər.
Amma ki, dəmirə çəkilən sığal,
İnan faydasızdır, dəyişməz bu hal.
İti yuyundursan yeddi dəryada,
Su dəysə murdardır, belədir qayda.
İsanın ulağı Məkkəyə getsə,
Çətin qayıdanda dəyişə nəsə.
"Qubul” sözü ya müqabil, ya da dəstə mənasını bildirir.
Ötən iki ayədə müşriklərin yalanları bəyan oldu. Onlar deyirdilər: "Əgər möcüzə gəlsə, iman gətirərik.” Bu ayədə həmin möcüzələrin nümunəsi göstərilir.
Ayənin oxşarı "Hicr” surəsinin 14-15-ci ayələrində bəyan olunmuşdur: "Əgər səmadan bir qapı açılsa və kafirlər oradan yuxarı qalxsalar, yenə deyərlər: "Gözlərimiz cadu edilib.”
Bildirişlər
1. İnadkar qəlb üçün heç bir ayə və nişanə iman zəminəsi ola bilməz.
2. Allah istəsə, hamını məcbur surətdə mömin edər. Amma bu, Onun hikmətinə uyğun deyildir.
3. Cəhalət ilahi ayələrə etiqadsızlıq amilidir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.