Əl-Ənam ‏ surəsi · 105-ci ayə

Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 105
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: "Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.”
Nöqtələr
Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: "Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: "Kimsə onu öyrədib.” Bəzən də "bir dəstə ona kömək edib” deyirdilər. 
Bildirişlər
1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul yolunu daha da genişləndirir.
2. Müxaliflər Quranın əhəmiyyətini etiraf edib deyirdilər: "Bu maarifi kimdənsə öyrənib.” Onlar Quran buyruqlarını dəyərsiz saymırdılar.
3. Bəziləri Quranın ayələri qarşısında böhtan və inkarla dayanırlar. Bəziləri isə deyilənlərdən nəticə çıxarıb doğru yola gəlirlər.
Əslən yağışda yoxsa da nöqsan,
Bağda lalə bitir, səhrada tikan.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 105-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 105-ci ayəsi nə haqqındadır?
Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
Əl-Ənam ‏ surəsi 105-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 105-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 105-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 105-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 105-ci ayənin təfsiri nədir?
"Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: "Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.” Nöqtələr Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: "Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: "Kimsə onu öyrədib.” Bəzən də "bir dəstə ona kömək edib” deyirdilər.  Bildirişlər 1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.