Əl-Ənam ‏ surəsi - Ayə: 104

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 104
Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 104. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 104 MÖHSÜN QƏRAƏTİ.

"Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.”
Nöqtələr
95-ci ayədən hazırkı ayəyədək Allahın tanıtdırılması və şirkin tənqid mövzusuna yer ayrıldı. Bu ayə ötən ayələrin nəticə və xülasəsi kimidir.
Quranda bu ayənin oxşarı çoxdur. Bildirilir ki, insanın iman və ya küfrünün, yaxşılıq və ya pisliyinin, bəsirət və ya korluğunun nəticəsi onun özünə aiddir. 
Bildirişlər
1. Quranın nazil olması ilə kimsə üçün üzr və bəhanə yeri qalmadı.
2. İnsanlar yol seçimində azaddır.
3. Xalqın xəbərdar edilməsi Allahın rübubiyyət şənindəndir.
4. İmanın faydası və küfrün zərəri insanın özünə qayıdır və Allaha təsirsizdir.
5. Xalqın bir dəstəsinin cəzalanması ilahi təlimlərin batil olması göstəricisi deyil. Bu cəza insanın özünün qəlbən kor olması nişanəsidir.
6. Peyğəmbərin vəzifəsi məcbur etmək yox, bəyan etməkdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.