Əl-Ənam ‏ surəsi · 104-cü ayə

Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 104
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.”
Nöqtələr
95-ci ayədən hazırkı ayəyədək Allahın tanıtdırılması və şirkin tənqid mövzusuna yer ayrıldı. Bu ayə ötən ayələrin nəticə və xülasəsi kimidir.
Quranda bu ayənin oxşarı çoxdur. Bildirilir ki, insanın iman və ya küfrünün, yaxşılıq və ya pisliyinin, bəsirət və ya korluğunun nəticəsi onun özünə aiddir. 
Bildirişlər
1. Quranın nazil olması ilə kimsə üçün üzr və bəhanə yeri qalmadı.
2. İnsanlar yol seçimində azaddır.
3. Xalqın xəbərdar edilməsi Allahın rübubiyyət şənindəndir.
4. İmanın faydası və küfrün zərəri insanın özünə qayıdır və Allaha təsirsizdir.
5. Xalqın bir dəstəsinin cəzalanması ilahi təlimlərin batil olması göstəricisi deyil. Bu cəza insanın özünün qəlbən kor olması nişanəsidir.
6. Peyğəmbərin vəzifəsi məcbur etmək yox, bəyan etməkdir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 104-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 104-cü ayəsi nə haqqındadır?
Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
Əl-Ənam ‏ surəsi 104-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 104-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 104-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 104-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 104-cü ayənin təfsiri nədir?
"Həqiqətən, Allah tərəfindən sizin üçün bəsirət mayası (səmavi kitab və aydın dəlil) gəlmişdir. Kim bəsirət tapdısa, öz xeyrinədir. Hər kəs korluğu seçdisə, öz zərərinə əməl etdi. Mən nəzarətçi və zamin deyiləm.” Nöqtələr 95-ci ayədən hazırkı ayəyədək Allahın tanıtdırılması və şirkin tənqid mövzusuna yer ayrıldı. Bu ayə ötən ayələrin nəticə və xülasəsi kimidir. Quranda bu ayənin oxşarı çoxdur. Bildirilir ki, insanın iman və ya küfrünün, yaxşılıq və ya pisliyinin, bəsirət və ya korluğunun nəticəs...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.