Əl-Ənam ‏ surəsi - Ayə: 105

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 105
Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 105. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 105 MÖHSÜN QƏRAƏTİ.

"Beləcə, ayələri müxtəlif şəkildə bəyan edirik (ki, hidayət vasitəsi olsun. Amma iman gətirməyib) deyirlər: "Sən (kiminsə yanında) dərs oxumusan! (Qoy desinlər. Amma Biz) Düşüncə və elm əhli olanlar üçün bəyan edirik.”
Nöqtələr
Kafirlər təkzib məqsədi ilə peyğəmbərə deyirdilər: "Bu sözlər sənin deyil. Başqalarından öyrənmisən.” Digər bir məqamda belə deyirdilər: "Kimsə onu öyrədib.” Bəzən də "bir dəstə ona kömək edib” deyirdilər. 
Bildirişlər
1. Bəyan, dəlil, təlim üsullarının müxtəlifliyi qəbul yolunu daha da genişləndirir.
2. Müxaliflər Quranın əhəmiyyətini etiraf edib deyirdilər: "Bu maarifi kimdənsə öyrənib.” Onlar Quran buyruqlarını dəyərsiz saymırdılar.
3. Bəziləri Quranın ayələri qarşısında böhtan və inkarla dayanırlar. Bəziləri isə deyilənlərdən nəticə çıxarıb doğru yola gəlirlər.
Əslən yağışda yoxsa da nöqsan,
Bağda lalə bitir, səhrada tikan.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.