Əl-Ənam ‏ surəsi · 103-cü ayə

Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 103
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Gözlər Onu dərk etməz, amma O, gözləri dərk edər. O, görünməyən, (dəqiq, ayırd edən) və agahdır.”
Nöqtələr
"Bəsər” sözü həm göz, həm də bəsirət mənalarını bildirir.  Bu əsasla ayəni belə mənalandırmaq olar: Nə zahiri göz Allahı görə bilir, nə də qəlb onun mərifəti dərinliyinə varır.
"Lətif” sözünün bir neçə mənası var: "Verdiyini az, xalqın itaətini çox sayır; Dəqiq, işlərin gizli tərəfindən xəbərdarlıq və hər incəliyi ayırd etmə; zərif və nadir şeylərin xaliqi; müdara və yoldaşlıq əhli; vəfa əhlinə mükafat verən, cəfa əhlini bağışlayan.
İmam Riza (ə) buyurmuşdur: "Düşüncə və xəyallar Allahı əhatə etmir. Onun zatı dərk olunası deyil.” 
Allah heç vəchlə görünməz. Baxın ki, həzrət Musa xalqın istəyi ilə Allahı görmək istədikdə hansı cavab aldı. Sünnə əhlindən bəziləri deyir: "Allah qiyamət günü görünər. Onlar "Qiyamət” surəsinin 23-cü ayəsinə əsaslanırlar.  Onlar unudurlar ki, Allah cisim və maddə deyil. «Allahı görmək» dedikdə isə qəlb gözündən söhbət gedir. Çünki gözlə yalnız cismi görmək olar. Məkan, məhdudiyyət, rəng və başqa maddi səciyyələr ehtiyac nişanəsidir və Allah belə ehtiyaclardan uzaqdır.
Həzrət Əli (ə) buyurur: "Nəinki təkcə göz Onu görmür, hətta düşüncə də Onu qavraya bilməz.” Sədi bu barədə deyir:
Ey xəyaldan üstün, gümandan üstün,
Hər eşidiləndən, bəyandan üstün.
Məclis tamam oldu, ötüşdü ömür.
Deyiləndən artıq yoxdur səs-səmir.
"Gözləri dərk etmək” dedikdə Onun insan baxışlarından xəbərdarlığı nəzərdə tutulur. Necə ki, «səmi» və «bəsir» dedikdə Allahın eşidilən və görülənlərdən xəbərdar olması anlaşılır.
Bildirişlər
1. Allah maddi cisim deyildir.
2. Kimsə Allahın zatından xəbərdar deyil.
3. Heç bir pərdə və maneə ilahi elmin qarşısını ala bilməz.
4. Bütün çirkinliklərimizi bilsə də, yenə də bizə lütf göstərir.
5. Allah varlıq aləmindəki bütün incəliklərdən və sirlərdən xəbərdardır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 103-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 103-cü ayəsi nə haqqındadır?
Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.
Əl-Ənam ‏ surəsi 103-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 103-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 103-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 103-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 103-cü ayənin təfsiri nədir?
"Gözlər Onu dərk etməz, amma O, gözləri dərk edər. O, görünməyən, (dəqiq, ayırd edən) və agahdır.” Nöqtələr "Bəsər” sözü həm göz, həm də bəsirət mənalarını bildirir.  Bu əsasla ayəni belə mənalandırmaq olar: Nə zahiri göz Allahı görə bilir, nə də qəlb onun mərifəti dərinliyinə varır. "Lətif” sözünün bir neçə mənası var: "Verdiyini az, xalqın itaətini çox sayır; Dəqiq, işlərin gizli tərəfindən xəbərdarlıq və hər incəliyi ayırd etmə; zərif və nadir şeylərin xaliqi; müdara və yoldaşlıq əhli; vəfa ə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.