Əl-Ənam ‏ surəsi · 10-cu ayə

Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.”
Nöqtələr
Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir.
Bildirişlər
1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır.
2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji müharibələrindən biri də istehzadır. Düşmənlərin istehzasına müqavimət göstərilməlidir.
3. Məsxərə edənlər sonra zəlil olar və istehzaları onları öz ağuşuna alar.
4. Dinə istehza kəbirə günahlardan biridir. Bu günah müqabilində əzab vəd olunmuşdur.
5. Allah peyğəmbərlərin himayəçisidir və istehza edənləri məhv edir.
6. İstehza kafirlərin daimi üslubudur.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 10-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 10-cu ayəsi nə haqqındadır?
Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
Əl-Ənam ‏ surəsi 10-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 10-cu ayənin təfsiri nədir?
"Şübhəsiz, peyğəmbərlərə səndən qabaq da istehza etdilər, istehza etdikləri əzab məsxərə edənlərə nazil oldu.” Nöqtələr Bu ayə İslam peyğəmbərinə bir təskinlikdir. Əvvəla, əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. İkincisi, istehza edənləri təkcə axirət əzabı yox, həm də dünyəvi əzab gözləyir. Bildirişlər 1. Başqalarının çətinlikləri barədə düşünmək insanın səbrini artırır. Müxaliflərin istehzaları din təbliğatçısını sarsıtmamalıdır. 2. Rəhbərlərin ruhiyyəsini zəiflətməkdə düşmənin psixoloji ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.