Əl-Ənam ‏ surəsi - Ayə: 11

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 11
De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 11. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 11 MÖHSÜN QƏRAƏTİ.

"(Ey peyğəmbər! Onlara) de ki, yer üzündə dolanın, sonra baxın ki, təkzib edənlərin aqibəti necə oldu?”
Nöqtələr
"Siru fil-ərz”, yəni "yer üzündə dolanın, gəzin” cümləsi Quranda altı dəfə işlədilmişdir. Təəssüf ki, kafirlər bu göstərişə bizdən öncə əməl etdilər və İslam ölkələrini qarış-qarış dolanıb onun təbii sərvətləri, güclü və zəif nöqtələri, mədəniyyət abidələri və əsərləri, dəyərli kitablarından xəbər tutdular. Bütün bu sərvətlər onlar tərəfindən qarət edildi. Müsəlmanlar isə hələ də qəflət yuxusundadırlar.
Bildirişlər
1. Elm və bilik qazanmaq məqsəd ilə olan və ibrətamiz səfərlər bəyənilmişdir.
2. Haqqa qarşı çıxanların məğlubiyyəti və süqutu qətidir. Əgər şəkk edirsinizsə, onların tarixini oxuyun, səfərlərə çıxmaqla deyilənləri gözünüzlə görün və ibrət götürün.
3. Cəmiyyətin yüksəliş və ya süqut amilləri qanunauyğundur. Həqiqətin inkarı kimi amillər hansısa bir dövrdə insanların həlak olmasına səbəb olmuşsa, başqa dövrlərdə də uyğun nəticə ilə qarşılaşasıyıq.
4. Mədəniyyətlərin süqut amillərindən biri peyğəmbərlərin təkzibidir.
5. Ötəri görüntülər mühüm deyil, mühüm olan şey işin sonudur.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.