Əl-Bəqərə surəsi · 86-cı ayə

Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.”
Nöqtələr
Ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya əzab görməyəcəklərini, ya da yalnız bir neçə gün əzab görəcəklərini düşünürlər. Hansı ki, onlar da başqa günahkarlar tək öz əməllərinə görə məsuliyyət daşıyırlar.
Bildirişlər
1. İnsan azaddır və onun seçim hüququ var. Ayələrdə "insan dünyanı aldı, axirəti satdı” deyilməsindən aydın olur ki, insan məcbur deyil, o ixtiyar sahibidir, düşüncə, müqayisə yolu ilə ölçüb-biçir, seçim aparır.
2. İlahi qanun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Bəni-İsrailin özünü üstün irq, Allahın əzizi hesab etməsi puç xəyaldan başqa bir şey deyil. İnadkarlıq və küfr yolunu tutmuş heç bir insan və qövm ilahi qəhr və qəzəbdən azad edilməmişdir.
3. Qətlin səbəblərindən biri də dünyapərəstlikdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 86-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 86-cı ayəsi nə haqqındadır?
Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır.
Əl-Bəqərə surəsi 86-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 86-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 86-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 86-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 86-cı ayənin təfsiri nədir?
"Onlar dünya həyatını axirət bahasına almışlardır. Onların cəzaları yüngülləşdirilməz və onlara yardım olunmaz.” Nöqtələr Ayədə əhdi pozmağın, insanları qətlə yetirməyin, bəzi ayələrə əməl edilməməsinin kökləri belə bəyan edilir: Onlar dünya həyatının ardınca gedir və mənafelərinə uyğun qanunlara baş əyirlər. Onlar dünyəvi mənafelərinə ziyan olan qanunlara etinasızdırlar. Demək, bu rifah ardınca gəzən dünyapərəstlərin iddialarının ziddinə olaraq onların ilahi əzabları yüngülləşdirilməz. Onlar ya...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.