Əl-Bəqərə surəsi · 76-cı ayə

İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Həmin yəhudilər) möminlərlə rastlaşdıqları vaxt deyirlər: "İman gətirdik.” Amma onlardan bəziləri o biriləri ilə xəlvətə çəkildikdə belə deyirlər: "Nə üçün Allahın sizə açdığını (müsəlmanlara) xəbər verirsiniz ki, (qiyamət günü) Rəbbinizin hüzurunda sizin ziddinizə bununla dəlil gətirsinlər? Məgər düşünmürsünüz?”
Nöqtələr
Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: "Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları onlarla görüşdükdə məzəmmət edirdilər ki, nə üçün Məhəmmədin Tövratdakı nişanələrini müsəlmanlara danışıblar? Onların fikrincə, Tövratda olanları müsəlmanlara deməklə qiyamətdə özlərinə qarşı dəlil vermiş olurlar.
Bildirişlər
1. İnsan həqiqəti anladıqda ona tabe olmalıdır. Başqalarının məzəmməti, hədəsi və nüfuzunun təsiri altında həqiqətə göz yummaq olmaz. Bəlkə də həmin vaxt alimlər haqqı gizlətməsəydilər, hazırda bir bu qədər yəhudi və məsihi olmazdı.
2. Azğınların nəzərində hər hansı mövqeyin itirilməməsi üçün həqiqəti gizləmək ağıl nişanəsi və ağıllı hərəkətdir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 76-cı ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 76-cı ayəsi nə haqqındadır?
İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbi...
Əl-Bəqərə surəsi 76-cı ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 76-cı ayənin təfsiri nədir?
"(Həmin yəhudilər) möminlərlə rastlaşdıqları vaxt deyirlər: "İman gətirdik.” Amma onlardan bəziləri o biriləri ilə xəlvətə çəkildikdə belə deyirlər: "Nə üçün Allahın sizə açdığını (müsəlmanlara) xəbər verirsiniz ki, (qiyamət günü) Rəbbinizin hüzurunda sizin ziddinizə bununla dəlil gətirsinlər? Məgər düşünmürsünüz?” Nöqtələr Yəhudilərdən bəziləri müsəlmanları gördükdə onlara deyirdilər: "Məhəmmədin xüsusiyyətləri və nişanələri Tövratda olduğu üçün biz də ona iman gətirmişik... Amma bir başqaları ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.