Əl-Bəqərə surəsi - Ayə: 75

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 75
(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 75. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 75 MÖHSÜN QƏRAƏTİ.

"(Belə ki, ey möminlər!) (İnadkar yəhudilərin) sizin dininizə iman gətirməsi intizarındasınızmı? Hansı ki, onlardan bir dəstəsi Allahın sözlərini eşitdilər, onu anladıqdan sonra bilə-bilə təhrif etdilər.”
Bildirişlər
1. Xalqın iman gətirməsi intizarında olmaq yaxşıdır. Amma hamı belə bir tövfiq əldə edə bilmir. Siz də belə bir intizarda olmayın.
2. İnadkar və azğın alimlərin varlığı cəmiyyətin islahına olan ümidi aradan qaldırır.
3. Tənqid edərkən insafı gözləyin. Bütün yəhudilər təhrif əhli olmayıb.
4. Avam günahkarın islah olmasına ümid var. Amma yolunu azmış inadkar alimin islahına ümid yoxdur.
5. Haqqı tanımaq onu qəbul etmək deyil. Haqqı tanıdıqları halda onu qəbul etməyənlər də var.
6. Ustalıq və agahlıqla həyata keçirilmiş təhriflər daha təhlükəlidir.
7. Bixəbər cahil yox, müqəssir (işin mahiyyətindən xəbərdar) cahil hədələnməlidir.
8. Təhrif alimlərin günahıdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.