Əl-Bəqərə surəsi · 72-ci ayə

Və (yadınıza salın) o zaman(ı) ki, bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisəyə başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırlayın) o zaman ki, birini qətlə yetirdiniz, sonra onun (qatilinin) haqqında mübahisəyə başladınız. Amma Allah sizin gizlətdiklərinizi aşkara çıxarar.”
Nöqtələr
Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə götürüldü.
"Dürrül-Mənsur”da belə bir hədis nəql olunur ki, əgər insan heç bir bacası olmayan möhkəm daş layların arasında bir iş görsə belə, Allah (əgər istəsə) onu xalqa aşkarlayar.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 88. )
Rəvayətdə oxuyuruq: Uyğun xüsusiyyətlərə malik orta yaşlı sarı inək yalnız bir gəncdə tapıldı. Bu müamilə onun üçün çox qazanclı idi. Amma tövlənin açarı atasının yatdığı balışın altında olduğundan oğlan atasını oyatmayıb bu böyük qazancdan keçdi. Allah o gəncin ataya münasibətdəki bu xidmətini qiymətləndirmək üçün Bəni-İsrailin bəhanələrinə cavab olaraq işi elə yerə gətirib çıxartdı ki, onlar hər nə qədər baha qiymətə olsa belə o gəncdən inəyi almalı olsunlar. Musa (ə) buyurdu: "Görün yaxşı əməl öz əhlinə nə yetirir!”("Nisa”, 80, 120; "Bəqərə”, 109; "Maidə”, 21. )
Bildirişlər
1. Başqasının günahına razı olan şəxs həmin günaha şərikdir. Musa dövründə qətlə razı olan yəhudilər qətldə ittiham olunmuşdular.
2. Bəzən insan kimlərisə özündən uzaqlaşdırmaq üçün onları günahda ittiham edir. Belələri anlamırlar ki, Allah ölüyə toxundurmaqla məsələni aşkarlayıb günahkarı ifşa edir.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 72-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 72-ci ayəsi nə haqqındadır?
Və (yadınıza salın) o zaman(ı) ki, bir nəfəri öldürüb, onun (qatili) barəsində mübahisəyə başladınız və Allah, gizlətdiyinizi aşkar etmək istəyirdi.
Əl-Bəqərə surəsi 72-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 72-ci ayənin təfsiri nədir?
"(Xatırlayın) o zaman ki, birini qətlə yetirdiniz, sonra onun (qatilinin) haqqında mübahisəyə başladınız. Amma Allah sizin gizlətdiklərinizi aşkara çıxarar.” Nöqtələr Qətl hadisəsi və inəyin zibhi (kəsilməsi) haqqında fərman əvvəlki ayələrdə ətraflı şəkildə bəyan olundu. Bu ayə isə həmin macəranı xülasə şəkildə zikr etməklə yenidən xatırladır ki, Allah sizin gizlətdiklərinizi inəyin zibhi və onun bir parçasını ölüyə toxundurub diriltməklə ifşa etdi. Beləcə, sizin xilaf işlərinizin üstündən pərdə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.