Əl-Bəqərə surəsi - Ayə: 73

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 73
Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 73. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 73 MÖHSÜN QƏRAƏTİ.

"Belə ki, dedik: "Zibh olmuş inəyin bir parçasını qətlə yetirilənə vurun.” Allah ölüləri bu sayaq dirildər və öz ayələrini sizə göstərər ki, bəlkə düşünəsiniz.”
Bildirişlər
1. Xalqın inam və etiqadını qazanın. Həzrət Musa inəyin ətindən bir parçanı ölüyə toxundurmağı xalqın öhdəsinə buraxıb buyurdu: "Özünüz bu işi görün.”
2. Bu ayə Allahın ölüləri diriltmə qüdrətinin nümunəsidir.
3. İlahi qüdrət nişanələrinin müşahidəsi bir anlıq təəccüb yox, daimi düşüncə üçündür.
4. İnsanın ruhu və düşüncəsi bulaşdıqda ilahi ayələrin müşahidəsi də onun yatmış düşüncəsini oyada bilmir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.