Əl-Bəqərə surəsi · 70-cu ayə

Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Növbəti dəfə Musaya) dedilər: "Bizim üçün öz Allahından onun necə inək olmasını aydınlaşdırmasını istə. Çünki bu inək bizim üçün dolaşıq bir iş olub. Əgər Allah istəsə, hökmən hidayət olacağıq.”
Nöqtələr
Hər bir işdə orta həddi (etidal) gözləmək bir dəyərdir. Bəzən insanlar sadə bir əlaməti görməklə yəqinlik tapırlar. Bəziləri isə açıq-aşkar bəyanatlar qarşısında şəkk-şübhəyə düşürlər. Aşkar və qəti bəyanlar qarşısında şübhəyə düşmək olmaz.
Hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "Bəni-İsrailə sadə və adi bir inək kəsmək əmr olunmuşdu. Amma onlar bu məsələni çətinliyə saldıqları və bəhanə gətirdikləri üçün Allah da onlara çətinlik yaratdı.”("Təfsiri-Dürrül-Mənsur”, c. 1, s. 78. )
Bildirişlər
1. Xırdalığa varmaq insanın diqqətini əsas məsələlərdən kənarlaşdırır.
2. İnadkarlıq ruhiyyəsi səbəbindən insan haqqı tanımaqda çətinlik çəkir.
3. Bəzən insanlar həqiqəti tapmaq və agahlıq əldə etmək məqsədilə yox, inadkarlıq ruhiyyəsi səbəbindən sual verirlər.
4. İlahi rəhbərlərin köksü genişdir. Müsahiblərinin "Rəbbimiz” əvəzinə "Rəbbin” deməsi dəfələrlə təkrarlanmış bir hörmətsizlik, qırmızılıq idi. Amma həzrət Musa bunu açıb-ağartmadı.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 70-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 70-cu ayəsi nə haqqındadır?
Dedilər: «Bizə görə Rəbbini çağır, onun hansı inək olduğunu bizə aydınlaşdırsın. Həqiqətən, bu inək (onun necəliyi) bizə qaranlıq qalıb və əlbəttə, Allah istəsə, biz doğru yolu tapanlardanıq.»
Əl-Bəqərə surəsi 70-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 70-cu ayənin təfsiri nədir?
"(Növbəti dəfə Musaya) dedilər: "Bizim üçün öz Allahından onun necə inək olmasını aydınlaşdırmasını istə. Çünki bu inək bizim üçün dolaşıq bir iş olub. Əgər Allah istəsə, hökmən hidayət olacağıq.” Nöqtələr Hər bir işdə orta həddi (etidal) gözləmək bir dəyərdir. Bəzən insanlar sadə bir əlaməti görməklə yəqinlik tapırlar. Bəziləri isə açıq-aşkar bəyanatlar qarşısında şəkk-şübhəyə düşürlər. Aşkar və qəti bəyanlar qarşısında şübhəyə düşmək olmaz. Hədisdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql ol...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.