Əl-Bəqərə surəsi · 69-cu ayə

Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın.» Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Onlar Musaya) dedilər: "Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: "Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.”
Nöqtələr
Zibh (kəsmək) əmri iki dəfə verilsə də, onlar sanki qatili tanıyır, sadəcə bunu bildirmək istəmirdilər. Ona görə də inadkarlıq və bəhanəçiliklə çoxlu suallar verirdilər. Nəhayət, inəyin rəngi haqqında soruşdular. Allah onların cavabında buyurdu: "İnəyin rəngi tünd və xalis sarı olsun. Elə bir rəng ki, görənləri sevindirsin.” Yəni bu inək xüsusi biçimə, sağlamlığa, rəngə və gözəlliyə malik olsun. Əgər onların ağırlıq ölçmək üçün bir vasitəsi olsaydı, şübhəsiz ki, inəyin çəkisini də soruşardılar!
Bizə yersiz suallar qadağan edilmişdir. Quranda oxuyuruq: "Cavabı verildikdə sizin üçün çətinlik yaradan şeylər haqqında soruşmayın.”("Təfsiri-nümunə”, c. 5, s. 96. )
Bir gün həzrət Peyğəmbər (s) həccin vacibliyi və əhəmiyyəti haqqında xütbə oxuyurdu. Xütbənin gedişində bir şəxs sual verdi: "Həcc hər ilmi vacibdir? " Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs ikinci dəfə sualı təkrarladı. Həzrət narahat olub buyurdu: "Nə üçün israr edirsən? Əgər desəm bəli, işiniz çətin olacaq. Mənim susduğumu gördükdə israr etməyin.” Sonra həzrət Peyğəmbər (s) buyurdu: "Keçmiş qövmlərin həlak olmasının səbəblərindən biri onların yersiz sualları idi.”("Şərhe-İbn Əbdül-Hədid”, c. 18, s. 102. )
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”də buyurur: "Allah bəzi işlərin hökmü üzərindən sükutla keçmişdir. Bu sükutun səbəbi unutqanlıq yox, sizin üçün əməl meydanının geniş olmasıdır. Ona görə də yersiz suallarla xırdaçılıq etməyin.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 89. )
Bildirişlər
1. Sarı rəng, rəvayətlərdə də bildirildiyi kimi, dinin sifarişidir.
2. Rənglərin insan ruhiyyəsinə təsiri vardır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 69-cu ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 69-cu ayəsi nə haqqındadır?
Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın.» Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir.»
Əl-Bəqərə surəsi 69-cu ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 69-cu ayənin təfsiri nədir?
"(Onlar Musaya) dedilər: "Bizim üçün Allahından istə ki, onun rənginin necəliyini bizə aydınlatsın.” (Musa) Dedi: "Həqiqətən, Allah buyurur ki, o, görənləri şad edən tam sarı rəngli dişi bir inəkdir.” Nöqtələr Zibh (kəsmək) əmri iki dəfə verilsə də, onlar sanki qatili tanıyır, sadəcə bunu bildirmək istəmirdilər. Ona görə də inadkarlıq və bəhanəçiliklə çoxlu suallar verirdilər. Nəhayət, inəyin rəngi haqqında soruşdular. Allah onların cavabında buyurdu: "İnəyin rəngi tünd və xalis sarı olsun. Elə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.