Əl-Bəqərə surəsi - Ayə: 68

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 68
Dedilər: «Bizə görə Rəbbini çağır, o dişi inəyin necəliyini (və onun neçə yaşında olmalı olduğunu) bizə aydınlaşdırsın»? Dedi: «O deyir ki, həmin dişi inək nə işdən düşmüş qoca, nə də heç işləməmiş cavandır, bunların ikisinin arasındadır. Odur ki, sizə əmr olunanı yerinə yetirin!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 68. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 68 MÖHSÜN QƏRAƏTİ.

"(Bəni-İsrail Musaya) dedilər: "Bizim üçün Allahdan istə ki, onun necə (inək) olmasını aydınlaşdırsın.” (Musa) dedi: "Allah buyurur ki, o nə çox qoca, nə də çox cavan, bunların arasında olan dişi bir inəkdir. Sizə əmr olunanı yerinə yetirin.”
Nöqtələr
Bəni-İsrail mövzunun ciddi olduğunu anladıqda bəhanə axtarmağa başladı. Bəzi təfsirçilərin nəzərincə, qatil bu bəhanəni rüsvay olmamaq üçün xalqa təlqin etdi.("Maidə”, 101. ) Hər halda bu qövmün sual tərzi onların inadkar ruhiyyəsindən danışır. Ayədə buna işarə olundu və onların batini açıqlandı.
Bildirişlər
1. Sualı ədəblə verin. Ayədə "ləna” (bizim üçün) sözü iki dəfə təkrarlanmış, "Rəbbimiz” əvəzində "Rəbbin” kəlməsi işlədilmişdir. Bütün bunlar təkəbbür ruhunun nişanələridir.
2. Allahın əmrini dərhal yerinə yetirin, vəsvəsə və tərəddüddən çəkinin.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.