Əl-Bəqərə surəsi - Ayə: 52

Məkkəvi Quran-ı Kərim
Əl-Bəqərə surəsi - Ayə: 52
Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Bəqərə surəsi 52. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 52 MÖHSÜN QƏRAƏTİ.

"O zaman ondan (azğınlığınızdan) sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.”
Nöqtələr
Şirkdən tövbə iman gətirmək və şəhadət kəlmələrini izhar etməkdir. Peyğəmbərlərin besəti insanları şirk və küfrdən xilas etmək üçündür. "Allah şirki bağışlamır”("Hucurat”, 11. ) ayəsi tövhidə qayıtmadan şirk əqidəsində dünyadan gedənlərə aiddir.
Bildirişlər
1. Hətta şirk və buzova pərəstiş əqidəsindən də tövbə və qayıdış yolu var.
2. İlahi əfvin özü də şükür etmək üçün zəmindir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.