"Allahın hüzuruna qaytarılacağınız, sonra hər kəsin qazandığının əvəzi artırılıb-əskildilmədən veriləcək və onlara zülm olunmayacaq gündən qorxun.”
Nöqtələr
Bu ayə sələm ayələrinin yekunu və ümumi xəbərdarlıq kimi nazil olmuşdur. "Kəşşaf”, "Əl-Mizan”, "Məcməul-bəyan”, "Kəbire-Fəxr-Razi”, "Bürhan” təfsirlərində qeyd olunmuşdur ki, bu ayə həzrət Peyğəmbərə (s) nazil olmuş son ayədir. Ayə o həzrətin öz göstərişi ilə bu surədə yerləşdirilmişdir.
Bildirişlər
1. Qiyamət mühüm bir gündür. "Yovmən” sözündəki qeyri-müəyyənlik bildirən"tənvin” həmin günün əzəmətini bildirir.
2. Sələm almaq və dünya həyatı qurmaq sadə və ötəridir. Əbədi və davamlı olan isə qiyamətdir.
3. Təqva və qiyamətin zikri sələmdən və digər haramlardan uzaq qalmaq üçün ən güclü amildir.
4. İslamın iqtisadi nizamının zəmanətçisi xalqın iman və təqvasıdır.
5. Bu dünyanın müamilələrində artırıb-əskiltmə imkanı var. Allahla müamilədə isə heç bir kəm-kəsir yoxdur.
6. Cəza və mükafat meyarı arzu yox, əməldir.
7. İnfaqınızdan və sələmlərinizin qazancını tərk etməkdən nigaran olmayın. Sizin yaxşı əməllərinizdən zərrəcə azalmaz.
Əl-Bəqərə surəsi · 281-ci ayə
Allaha tərəf qaytarılacağınız, sonra hər bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil surətdə veriləcəyi və onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı) gündən qorxun!
Təfsirlər
Toplam 1 təfsir
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 281
Tez-tez Verilən Suallar
Əl-Bəqərə surəsi 281-ci ayə haqqında suallar və cavablar
Əl-Bəqərə surəsinin 281-ci ayəsi nə haqqındadır?
Allaha tərəf qaytarılacağınız, sonra hər bir şəxsə qazandığının əvəzinin (və ya etdiyi əməllərin eynilə təzahürünün) kamil surətdə veriləcəyi və onlara zülm olunmayacağı (və mükafatlarının azaldılmayacağı) gündən qorxun!
Əl-Bəqərə surəsi 281-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 281-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 281-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 281-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 281-ci ayənin təfsiri nədir?
"Allahın hüzuruna qaytarılacağınız, sonra hər kəsin qazandığının əvəzi artırılıb-əskildilmədən veriləcək və onlara zülm olunmayacaq gündən qorxun.”NöqtələrBu ayə sələm ayələrinin yekunu və ümumi xəbərdarlıq kimi nazil olmuşdur. "Kəşşaf”, "Əl-Mizan”, "Məcməul-bəyan”, "Kəbire-Fəxr-Razi”, "Bürhan” təfsirlərində qeyd olunmuşdur ki, bu ayə həzrət Peyğəmbərə (s) nazil olmuş son ayədir. Ayə o həzrətin öz göstərişi ilə bu surədə yerləşdirilmişdir.Bildirişlər1. Qiyamət mühüm bir gündür. "Yovmən” sözündək...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.