Əl-Bəqərə surəsi · 265-ci ayə

Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 265
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir.”
Bildirişlər
1. Əgər məqsəd Allahın razılığını qazanmaq ruhən və inkişaf etmək olsa, işlər bəhrəli olar.
2. İxlas (xalislik) asan yolla əldə olunmur. Onun sorağınca getmək lazımdır.
3. Xalisanə işlər uca bir nöqtədə yerləşən, sel təhlükəsindən amanda qalan bağ kimidir.
4. Məqsəd Allah olsa belə, cilvə və camallardan da məhrum qalmırıq. Cəmiyyətdə xalis insanlar riyakar insanlardan daha çox sevilir. Xalisanə infaq münbit torpaqda salınmış əkin kimidir. Bütün xalq onu görür və ləzzət alır.
5. Əsas məsələ imkan deyil, imkanlardan düzgün bəhrələnməkdir. Yağışın sısqa və ya gur yağması mühüm deyil. Mühüm odur ki, torpaq onu uda bilsin.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 265-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 265-ci ayəsi nə haqqındadır?
Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir.
Əl-Bəqərə surəsi 265-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 265-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 265-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 265-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 265-ci ayənin təfsiri nədir?
"Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir.” Bildirişlər 1. Əgər məqsəd Allahın razılığını qazanmaq ruhən və inkişaf etmək olsa, işlər bəhrəli olar. 2. İxlas (xalislik) asan yolla əldə olunmur. Onun sorağınca getmək lazımdır. 3. Xa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.