Əl-Bəqərə surəsi · 263-cü ayə

Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 263
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər yanınıza bir sail (dilənçi) gəlsə, iki yoldan birinə əməl edin: Ya gücünüz çatan şeyi əta edin, ya onu bəyənilmiş şəkildə yola salın.”("Təfsiri-Qurtubi”. )
Başqa bir yerdə həzrət (s) buyurur: "Əgər xalqa malla əl tuta bilmirsinizsə, əxlaqınıza xidmət edin.”("Bihar”, c. 8, s. 186. )
Bildirişlər
1. Fəqirin abır və şəxsiyyəti onun qarnını doyurmaqdan üstündür.
2. Fəqiri məhəbbət və canıyananlıqla, onun dolanışığını təmin edəcək işə yönəldin.("Təfsiri-Bürhan”, c. 1, s. 255; "Təfsiri-rahnüma”. )
3. İnfaq əxlaqla yanaşı olmalıdır.
4. Fəqirlə xoş danışıq onun üçün təskinlik və inkişaf amilidir. Halbuki minnətlə verilən sədəqədə bu xüsusiyyətlərin heç biri yoxdur.
5. Əgər fəqir çətinliyə düşdüyü üçün pis danışsa onu bağışlayın.
6. Cəmiyyətdəki ürfə (ənnəyə) riayət həm söz, həm də əməldə zəruridir.
7. Allah fəqirə dəyən zərərə cavab verir. Amma dərhal yox!

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 263-cü ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 263-cü ayəsi nə haqqındadır?
Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.
Əl-Bəqərə surəsi 263-cü ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 263-cü ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 263-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 263-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 263-cü ayənin təfsiri nədir?
"(Ehtiyaclılarla) xoş danışıq və onları bağışlamaq əziyyətlə müşayiət olunan bəxşişdən üstündür. Allah ehtiyacsız, həlimdir.” Nöqtələr Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər yanınıza bir sail (dilənçi) gəlsə, iki yoldan birinə əməl edin: Ya gücünüz çatan şeyi əta edin, ya onu bəyənilmiş şəkildə yola salın.”("Təfsiri-Qurtubi”. ) Başqa bir yerdə həzrət (s) buyurur: "Əgər xalqa malla əl tuta bilmirsinizsə, əxlaqınıza xidmət edin.”("Bihar”, c. 8, s. 186. ) Bildirişlər 1. Fəqirin abır və şəxsiyyəti ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.