Əl-Bəqərə surəsi · 261-ci ayə

Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 261
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzər. Hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.”
Nöqtələr
Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaqın tapşırılması və israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxması zəminəsidir. Ona görə də Quranda infaqın zəruriliyi və sələmin qadağası bəyan olunmuş ayələrlə yanaşı gəlmişdir.("Təfsiri-kaşif”, c. 1, s. 272. )
Hər toxum hər torpaqda hər biri yüz dənə malik yeddi sünbül vermir. Bundan ötrü toxum sağlam, torpaq münbit, zaman münasib və kamil xidmət olmalıdır. Eləcə də, halal malın infaqı Allaha yaxınlıq məqsədi daşıdıqda və minnətsiz, yaxşı şəkildə verildikdə bütün əsərlərə malik olasıdır.
Bildirişlər
1. İnfaqın mükafatı təkcə axirətə aid deyil. İnfaq insanın öz vücudunun təkamül səbəbidir.
2. Quran o insanlar haqqında xoş sözlər deyir ki, infaq etmək onların daimi xisləti olsun. "Felin gələcək zamanı forması davamı bildirir.
3. İnfaq o zaman dəyərli olur ki, Allah yolunda olsun. İslamda iqtisadiyyat əxlaqdan ayrı deyil.
4. Təbii misallardan istifadə hər zaman aktualdır. Bütün xalq, istənilən yaşda və şəraitdə təbii misalları dərk edir. Malın toxuma, infaqın səmərəsinin buğda sünbülünün səmərəsinə bənzədilməsi bu qəbildəndir.
5. Təşviq və mükafat vədi hərəkət üçün güclü amildir. Söhbət yeddiyüzqat artıq mükafatdan gedir.
6. Allahın lütfünün məhdudiyyəti yoxdur.
7. Əgər malın infaqının yeddiyüzqat artıq səmərəsi varsa, Allah yolunda canını infaq edənlərin mükafatını özünüz təsəvvür edin.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 261-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 261-ci ayəsi nə haqqındadır?
Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud,...
Əl-Bəqərə surəsi 261-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 261-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 261-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 261-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 261-ci ayənin təfsiri nədir?
"Öz malını Allah yolunda infaq edənlər yeddi sünbül cücərdən toxuma bənzər. Hər sünbüldə yüz dən olar. Allah onu istədiyi kəs üçün ikiqat və ya neçə qat edər. Allah (qüdrət və rəhmət baxımından) genişdir və biləndir.” Nöqtələr Təbəqələr arası ixtilafların aradan qaldırılması üçün ən yaxşı yol infaqın tapşırılması və israfın qadağan olunmasıdır. Sələmin ortaya çıxması və genişlənməsi də təbəqələr arası fərqlərin ortaya çıxması zəminəsidir. Ona görə də Quranda infaqın zəruriliyi və sələmin qadağas...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.